Təhlükəli virus yayılır - Ölənlər var

Jan 16, 2025 - 05:07
 0
Təhlükəli virus yayılır - Ölənlər var
Təhlükəli virus yayılır - Ölənlər var

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tanzaniyada Marburq virusundan 8 nəfərin öldüyünü açıqlayıb.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, epidemiyanın ölkə və regionda daha da yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib. 

Açıqlamada təşkilata üzv ölkələrin Marburq virusunun yayılması ilə bağlı məlumatlandırıldığı bildirilib.

ÜST-nın baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabındakı paylaşımında yaxın günlərdə yoluxmaların arta biləcəyi barədə xəbərdarlıq edib. 

O, "Xəstəliklərə nəzarət artdıqca, yaxın günlərdə daha çox yoluxma gözləyirik" deyib.

ÜST Tanzaniya hökumətinə və zərər çəkmiş icmalara tam köməklik təklif edib.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow