"WhatsApp" martın 21-dən fəaliyyətini DAYANDIRIR

Mar 18, 2025 - 20:32
Mar 18, 2025 - 20:33
 0
"WhatsApp" martın 21-dən fəaliyyətini DAYANDIRIR

2025-ci ilin mart ayından "WhatsApp" messencer bir sıra köhnəlmiş cihazları dəstəkləməyi dayandıracaq. 

Doktorm.az xəbər verir ki, bu, tətbiqin yeni funksiyaları ilə artıq uyğun gəlməyən əməliyyat sistemlərində işləyən istifadəçilərə təsir edəcək.

Bu qərar yenilənmiş proqram təminatı tələb edən daha müasir texnologiyaların tətbiqi zərurəti ilə bağlıdır.

Məhdudiyyətdən ilk olaraq Android 4.4 KitKat və əvvəlki versiyaları ilə işləyən qurğular təsirlənəcək. Bu o deməkdir ki, Samsung Galaxy S3, Note 2, birinci nəsil Motorola Moto G, HTC One X, LG Optimus G, Nexus 4 və bəzi Sony Xperia modelləri kimi modellərin sahibləri artıq WhatsApp-dan istifadə edə bilməyəcəklər.

Bundan əlavə, iPhone 6 və iPhone 6 Plus üçün dəstək 5 may 2025-ci ildə başa çatacaq. Bu cihazları messencerin işləməsi üçün tələb olunan iOS 15.1-ə yeniləmək mümkün deyil./news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow