Tavegil tabletlər
Tavegil polinozun (allergik rinokonyunktivit) və digər allergik rinitlərin, müxtəlif mənşəli övrənin, qaşınmanın, qaşınma ilə müşayiət edilən dermatitin, həşərat dişləməsinin müalicəsində göstərişdir.

Tavegil istifadə edərkən həkim məsləhəti olmadan tövsiyə edilən dozalanmanı və istifadə müddətini aşmaq olmaz
- Tavegil tabletkasi haqida
- Dərman forması
- Buraxılış forması
- Tavegil Tərkibi
- Təsviri
- Tavegil tabletka istifade qaydasi və dozası
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- Tavegil əks təsirləri
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Tavegil qiyməti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Tavegil tabletkasi haqida
Dərman forması
Tabletlər
Buraxılış forması
20 tablet, kombinəolunmuş materialdan (PVX/PVDX/Alüminium folqa) ibarət blisterdə. 1 və ya 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Tavegil Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 1,34 mq klemastin fumarata ekvivalent miqdarda 1 mq klemastin vardır.
Köməkçi maddələr: maqnezium stearat, povidon, talk, qarğıdalı nişastası, laktoza monohidrat.
Təsviri
Dairəvi, yastı formalı, kənarı kəsik, demək olar ki, ağ rəngli tabletlərdir. Tabletin bir tərəfində xətt və “OT” yazısı vardır.
Tavegil tabletka istifade qaydasi və dozası
Daxilə (peroral) qəbul üçün nəzərdə tutulub. Tabletlər yeməkdən əvvəl su ilə qəbul edilir.
Böyüklər və 12 yaşdan böyük uşaqlar
Həkim tərəfindən digər dozalanma rejimi tövsiyə edilmədiyi halda, 1 tablet səhər və axşam qəbul edilir.
24 saat ərzində 6 tabletdən artıq istifadə etmək olmaz.
Bir qəbula maksimal birdəfəlik doza 2 tablet təşkil edir.
6-12 yaşlı uşaqlar
½-1 tablet səhər və axşam təyin edilir.
Maksimal istifadə müddəti: həkim məsləhəti olmadan preparatı 14 gündən artıq istifadə etmək olmaz.
Qeyd edilən dozanı aşmaq olmaz.
Aşağıdakı hallarda preparatın qəbulunu dayandırmaq və dərhal həkimə məlumat vermək lazımdır:
- ağır allergik reaksiya baş verdikdə;
- təngnəfəslik və ya nəfəs darlığı hiss etdikdə;
- ürəkdöyünmə artdıqda.
Bu reaksiyalara nadir hallarda rast gəlinir.
Farmakoterapevtik qrupu
Respirator sistem. Sistem təsirə malik antihistamin preparatlar. Aminoalkil efiri. Klemastin.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Tavegil (klemastin) H1-reseptorlarının antaqonistidir. Benzhidril efirlər qrupundan olan antihistamin preparatlara aid olub, kapillyarların keçiriciliyini azaldır, sürətlə başlayan və 12 saata qədər əhəmiyyət kəsb edən davametmə müddətilə xarakterizə olunan antihistamin və qaşınmaəleyhinə təsir göstərir.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Sorulması
Daxilə qəbul edildikdən sonra klemastin mədə-bağırsaq traktından demək olar ki, tamamilə sorulur. Qan plazmasında maksimal konsentrasiyaya 2-4 saatdan sonra çatır. Preparatın antihistamin aktivliyi 5-7 saatdan sonra maksimum həddə çatır, 10-12 saat müddətində, bəzi hallarda isə 24 saata qədər saxlanılır.
Paylanması
Plazma zülalları ilə birləşməsi 95 % təşkil edir.
Biotransformasiyası
Klemastin qaraciyərdə əhəmiyyətli metabolizmə məruz qalır.
Xaric olması
Plazmadan preparatın xaric olması ikifazalıdır, yarımxaricolma dövrləri müvafiq olaraq, 3,6 ± 0,9 saat və 37 ± 16 saat təşkil edir. Metabolitləri əsasən (45-65 %), sidiklə böyrəklər vasitəsi ilə xaric olur; dəyişilməmiş təsiredici maddə sidikdə, yalnız iz miqdarında aşkar edilir. Laktasiya dövründə klemastinin az miqdarı ana südünə nüfuz edə bilər.
İstifadəsinə göstərişlər
Tavegil polinozun (allergik rinokonyunktivit) və digər allergik rinitlərin, müxtəlif mənşəli övrənin, qaşınmanın, qaşınma ilə müşayiət edilən dermatitin, həşərat dişləməsinin müalicəsində göstərişdir. Tavegil, eləcə də, kəskin və xroniki ekzema, kontakt dermatit və dərman dermatiti zamanı köməkçi preparat qismində göstərişdir.
Tavegil əks təsirləri
- Preparatın istənilən komponentinə və ya digər analoji antihistamin preparatlara qarşı hiperhəssaslıq.
- Porfiriyadan əziyyət çəkən pasiyentlərdə Tavegildən istifadə etmək olmaz.
- 6 yaşa qədər uşaqlarda Tavegilin tablet forması istifadə edilməməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yüksək ehtimalla paradoksal oyanıqlıq kimi əlavə təsirlər keçirə bilən yaşlı pasiyentlərdə preparat ehtiyatla istifadə edilməlidir.
Şüurun dumanlanması olan yaşlı pasiyentlərdə preparatın istifadəsindən çəkinmək lazımdır.
Həkim məsləhəti olmadan tövsiyə edilən dozalanmanı və istifadə müddətini aşmaq olmaz (“İstifadə qaydası və dozası” bölməsinə bax).
Aşağıdakı hallar olan pasiyentlərdə antihistamin preparatları ehtiyatla istifadə etmək lazımdır:
- anamnezdə epilepsiya və ya qıcolma olduqda;
- bağlıbucaqlı qlaukoma;
- stenozlaşan peptik xora;
- piloroduodenal obstruksiya;
- sidiyin ləngiməsilə və sidik kisəsi boynunun obstruksiyası ilə müşayiət olunan prostat vəzinin hipertrofiyası.
Tavegil tabletərinin tərkibində laktoza vardır. Qalaktozaya qarşı dözümsüzlüyü, total laktaza defisiti və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəliyi olan pasiyentlərdə preparatı istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Klemastinin hamilə qadınlarda istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olmadığı halda bu dərman vasitəsini hamiləlik dövründə istifadə etmək olmaz.
Laktasiya
Antihistamin dərman vasitələri ana südünə keçə və südəmər körpəyə təsir edə bilər. Ana üçün gözlənilən fayda yenidoğulmuşa olan potensial riskdən üstün olmadığı halda laktasiya dövründə bu dərman vasitəsindən istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Başgicəllənmə və ya yuxululuq baş verdikdə, nəqliyyat və potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Tavegil qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
Qeydiyyat vəsiqəsinin sahibi
STADA Arzneimittel AG.
Stadastrasse 2-18, 61118 Bad Vilbel, Germany.
Tel.: + 49 6101 603-0.
Faks: + 49 6101 603-259.
İstehsalçı
SmithKline Beecham SA
Ctra. de Ajalvir, Km 2,500, Alcalá de Henares, 28806 Madrid, Spain.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






