Talert tabletka

Talert tabletka - Rinit, sinusit zamanı, allergik reaksiya zamanı, dermatit və ekzema zamanı, gözün allergik xəstəliklərində istifadə olunan preparatdır.

Aug 5, 2024 - 12:51
Aug 5, 2024 - 13:02
 0
Talert tabletka
Talert tabletka

Talert tabletka haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Talert tabletka qiyməti

Talert 10 mg qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Talert tabletka qiyməti 5 azn - 7 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Talert qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Setirizin dihidroxlorid --------- 10mq

Xüsusiyyətləri

Talertin əsas tərkib hissəsi olan Setirizin dihidroxlorid periferik H1 histamin reseptorlarının selektiv inhibitorudur. Ekzogen histaminin fizioloji və patofizioloji təsirlərini inhibə edərək, kapilyarların keçiriciliyini azaldır. Allergiyanın əsas simptomları olan ödem, məxmərək, hipemiyanı, qaşınma və ağrını aradan qaldırır. Tənəffüs və mədə-bağırsaq traktının saya əzələ toxumasının yığılma prosesini zəiflədir. Vazoaktiv intestinal polipeptidlər (VİP) və P maddələrlə (allergik reaksiyalarda iştirak edən polipeptidlər) induksiya olunan dəri reaksiyalarının qarşısını alır. Talert allergiyanın erkən histamindən asılı mərhələsini inhibə edir. İltihab mediatorlarının – eozinofillərin miqrasiyasını azaldaraq atopik reaksiyanın gecikmiş fazasının mediatorlarının sintezini tormozlayır. Talert spesifik allergenlər tərəfindən törədilmiş bronxial astma və allergik reaksiyalı xəstələrdə bronxların histaminə qarşı hiperaktivliyini zəiflədir.

İstifadə qaydası

6 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 tabletdən gündə 1 dəfə

Göstərişləri

  • Allergik rinit
  • Pollinoz
  • Allergik konyuktivit
  • Allergik dermatitlər
  • Xroniki ekzemalar
  • Bronxial astma
  • Övrə

Talert tabletka nə üçündür?

  1. Rinit, sinusit zamanı istifadə olunan dərmanlar
  2. Allergik reaksiya zamanı istifadə olunan dərmanlar
  3. Dermatit və ekzema zamanı istifadə olunan dərmanlar
  4. Gözün allergik xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow