Amikaver 500 mg ampul
Amikaver 500 mg - Yuxarı tənəffüs yollarının digər xəstəliklərində, aşağı tənəffüs yollarının digər xəstəliklərində, böyrək və sidik yollarının iltihabında istifadə olunan preparatdır.

Amikaver 500 mg haqqında məlumat
Amikaver qiyməti
Amikaver 500 mg qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Amikaver qiyməti 7 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Amikaver 500 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Amikasin --------- 500 mq
Xüsusiyyətləri
Farmakoterapevtik qrupu:
Geniş təsir spektrinə malik aminoqlikozid qrupuna mənsub olan yarımsintetik antibakterial dərman vasitəsidir.
Farmakoloji xüsusiyyətləri:
Amikasin əksər qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı bakterisid təsir göstərir. Amikasinə həssas qrammənfi mikroblar: Psevdomonas spp., Proteus spp., Providencia spp., Klebsiella spp., Enterobacter spp., Serratia spp., Acinebacter spp., Esherichia coli və Citobacter freundii.
Amikasinə həssas qrammüsbət mikroblar:
Staphylococcus spp. (penisillinaza hasil edən və etməyən, metisillinə davamlı növləri daxil olmaqla), Streptococcus pyogenes, Streptococcus pneumoniae (diplokokk).
Aminoqlikozid qrupuna aid olan digər antibiotiklərə (gentamisin, kanamisin, törəmisin) davamlı olan mikroorqanizmlər in vitro amikasinə qarşı həssasdır. Amikasin beta-laktam antibiotiklərlə bərabər təyin olunduqda qrammənfi bakteriyalara qarşı in vitro sinergetik təsir göstərir.
Farmakokinetikası:
Amikasinin yarımxaricolma dövrü 2 saatdır. Paylanma həcmi 24-ə bərabərdir. Plazma zülalları ilə 0- 11%-i birləşir. Plazma klirensi 100 ml/dəq., böyrək klirensi 94 ml/dəq. təşkil edir. Sidiklə xaric olur. Böyrək çatışmazlığı və ya qlomerulyar filtrasiyası pozulan xəstələrdə preparatın xaric olunması zəifləyir. Buna görə böyrəklərin ifrazat funksiyasına nəzarət edilməlidir və lazım olduqda qəbul dozası korreksiya olunmalıdır.
Aptekdən buraxılma şərti
Reseptli
İstifadə qaydası
500 mq 12 saatdan bir gündə 2 dəfə ə/d , v/d
Göstərişləri
- Tənəffüs sisteminin infeksiyaları (bronxit, bronxoobstruksion ağırlaşma, pnevmoniya, plevrit, ağciyər absesi)
- Vərəm xəstəliyi
- Ağır infeksiya zamanı (meningit, septik, peritonit, sepk endokardit)
- Dəri və yumşaq toxumaların irinli infeksiyaları (həmçinin infeksiyalaşmış yanıqlar, infeksiyalaşmış dəri xorası və yataq yaraları, fleqmona, qanqrena)
- Sidik- cinsiyyət sisteminin tez-tez residivləşən infeksiyaları (pielonefrit, sistit, uretrit, prostatit, endometrit, parametrit, qonoreya)
- Həzm sisteminin infeksiyaları (xolesistit, xolangit, pankreatit, kolit, enterokolit, dizenteriya, salmonelyoz)
- Sümük və oynaq infeksiyaları (osteomielit, septik artritlər, periostit, bursit)
- Göz infeksiyaları (bakterial keratit, panoftalmit)
- Əməliyyatdan əvvəl və sonra profilaktika və müalicə məqsədilə.
Amikaver nə üçündür?
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






