Tabaz suspenziya
Tabaz suspenziya yuxarı tənəffüs yollarının digər xəstəliklərində, aşağı tənəffüs yollarının digər xəstəliklərində, Böyrək və sidik yollarının iltihabında istifadə olunan preparatdır.

Tabaz suspenziya haqqında məlumat
Tabaz qiyməti
Tabaz suspenziya qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Tabaz qiyməti 11 azn - 13 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Tabaz 30 ml qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
5 ml suspenziyanın tərkibində 209,64 mq azitromisin dihidrat (200 mq azitromisinə ekvivalent) vardır.
Köməkçi maddələr: saxaroza, susuz üç əsaslı natrium fosfat, ksantan saqqızı, hidroksipropilsellüloza, susuz kolloidal silisium, banan tozu dadı, çiyələk tozu dadı.
Ümumi xüsusiyyətləri
Sistemli istifadə üçün antibakterial preparatlar.
Təsir mexanizmi
Azitromisin azalid qrupuna aid olan makrolid antibiotikdir. Azitromisin molekulunda er- itromisin A-nın lakton halqasına azot atomu əlavə edilmişdir. Azitromisinin kimyəvi adı:
9-deoksi-9a-aza-9a-metil-9a-homoeritromisin A. Molekulyar çəkisi: 749.0. Təsir mex- anizmi: Azitromisin ribosom 50S subvahidi ilə birləşməklə və peptid translokasiyasını inhibə etməklə, bakterial hüceyrələrdə zülalların sintezini pozur.
Əks göstərişləri
Azitromisinə, eritromisinə, digər makrolid və ketolid antibiotiklərinə, həmçinin, preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozalanması
Azitromisin suspenziya yalnız daxilə qəbul üçün nəzərdə tutulub.
Dəqiq doza suspenziyanı hazırladıqdan sonra komplektə daxil olan peroral doza- lanma üçün şpris vasitəsilə ölçülməlidir. Tabaz preparatının tətbiqi qida qəbulundan asılı deyil.
Suspenziyanın hazırlanması üçün təlimatlar
- Flakon suda həll olunan quru tozdan ibarətdir.
- Flakonu açmaq üçün qapağı saat əqrəbinin əksinə çevirin.
- Qablaşdırmada olan peroral dozalanma üçün şpris vasitəsilə lazımi miqdarda su ölçə bilərsiniz. 30 ml-lik qablaşmada olan suspenziyanın hazırlanması üçün 15 ml soyuq su əlavə edin.
- Homogen suspenziya alınana qədər yaxşıca silkələyin.
- Hazırlanmış suspenziyanı 25°C-dən aşağı temperaturda saxlayın və doza tam bitdikdən sonra atın.
- Hər istifadədən əvvəl suspenziyanı silkələyin
Buraxılış forması
Suspenziya hazırlamaq üçün toz həcmi 30 ml olan polietilen vintvari qapaqlı tünd şüşə flakonda. 1 flakon, peroral dozalanma üçün şpris və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır
Aptekdən buraxılma şərti
Reseptli
Tabaz nə üçündür?
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Dəri infeksiyaları zamanı istifadə olunan dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






