Loren ampula
Loren ampula travmatik ağrılarda, artrit zamanı, oynaq və əzələ ağrılarında istifadə olunan preparatdır.

Loren ampula haqqında məlumat
Loren qiyməti
Loren ampula qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Loren qiyməti 5 azn - 7 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Loren iynə qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi?
Təsiredici maddə: 1 flakonda 8 mq lornoksikam vardır.
Köməkçi maddələr: trometamin, mannitol, dinatrium EDTA.
Həlledici: inyeksiya üçün su.
Ümumi xüsusiyyətləri
Lornoksikam qeyri-steroid iltihabəleyhinə maddə olub, klinik əhəmiyyətli ağrıkəsici və iltihabəleyhinə təsirə malikdir, oksikamlar sinfinə aiddir.
Təsir mexanizminin əsasında iltihabın qarşısını alan prostaqlandinlərin sintezinin ləngiməsi (siklooksigenaza fermentinin inhibisiyası) dayanır.
Lornoksikam orqanizmin əsas göstəricilərinə (bədən hərarəti, ürək döyüntülərinin tezliyi (ÜDT), arterial təzyiq (AT), elektrokardioqramma göstəriciləri (EKQ), spirometriya) təsir göstərmir.
Təsir mexanizminin əsasında iltihabın qarşısını alan prostaqlandinlərin sintezinin ləngiməsi (siklooksigenaza fermentinin inhibisiyası) dayanır.
Lornoksikam orqanizmin əsas göstəricilərinə (bədən hərarəti, ürək döyüntülərinin tezliyi (ÜDT), arterial təzyiq (AT), elektrokardioqramma göstəriciləri (EKQ), spirometriya) təsir göstərmir.
Prostaqlandinlərin sintezinin ləngiməsi ilə əlaqəli olan mədə-bağırsaq traktına yerli qıcıqlandırıcı təsiri və sistemli ulserogen təsiri nəticəsində QSİƏP ilə müalicə zamanı MBT tərəfindən fəsadlara tez-tez rast gəlinir
Əks göstərişləri
- Lornoksikama və ya istənilən köməkçi maddəyə qarşı yüksək həssaslıq;
- Bronxial astma, residivləşən burun və ya burun ətrafı ciblərin polipozu, rinit, angionevrotik ödem, övrə və asetilsalisil turşusu və digər QSİƏP-a qarşı dözümsüzlük (həmçinin anamnezdə);
- Trombositopeniya; leykopeniya.
- Hemorragik diatez və ya qanın laxtalanmasının pozulmaları, həmçinin, qanaxma və ya natamam hemostaz riski ilə müşayiət olunan əməliyyatlar keçirmiş pasiyentlər;
- Aortokoronar şuntlamanın aparılmasından sonrakı dövr;
- Dekompensə olunmuş ürək çatışmazlığı;
- Mədə və ya onikibarmaq bağırsaq selikli qişasının eroziv-xoralı dəyişiklikləri, aktiv mədə-bağırsaq qanaxması; serebrovaskulyar və ya digər qanaxma;
- Anamnezdə QSİƏP qəbulu ilə bağlı mədə-bağırsaq qanaxmaları və ya xora perforasiyaları;
- Aktiv peptik xora və ya anamnezdə residivləşən peptik xora;
- Bağırsağın iltihabi xəstəlikləri (Kron xəstəliyi, xoralı kolit) kəskinləşmə fazasında;
- Ağır qaraciyər çatışmazlığı;
- Klinik əhəmiyyətli böyrək çatışmazlığı (zərdab kreatininin səviyyəsi 700 mkmol/l-dən yüksək), proqressivləşən böyrək xəstəlikləri, təsdiq edilmiş hiperkaliyemiya;
- Hamiləlik və laktasiya dövrü;
- 18 yaşa qədər pasiyentlər (klinik təcrübənin məhdud olduğu səbəbiylə).
İstifadə qaydası və dozası
Dozası
Tövsiyə olunan doza: 8 mq əzələ daxili (ə/d) və ya vena daxili (v/d). Tövsiyə olunan maksimal gündəlik doza 16 mq-dan artıq olmamalıdır. Bəzi xəstələrə ilk 24 saat ərzində əlavə 8 mq lazım ola bilər. Bütün xəstələr üçün müvafiq doza rejimi müalicəyə fərdi cavab əsasında olmalıdır.
İstifadə qaydası
İstifadədən bilavasitə öncə flakonun içindəki tozu yanaşı təqdim olunan ampuladakı 2 ml inyeksiya üçün su ilə həll etmək lazımdır.
Ağrı sindromu
2-3 dozaya bölünməklə 8-16 mq lornoksikam təşkil edir. Tövsiyə olunan maksimal gündəlik doza 16 mq təşkil edir.
Osteoartrit və revmatoidli artrit
Tövsiyə olunan başlanğıc doza 2-3 dozaya bölünməklə, gündə 12 mq təşkil edir. Dəstəkləyici doza gündə 16 mq-dan çox olmamalıdır ya da həkim məsləhətinə əsasən təyin olunmalıdır.
Buraxılış forması
İnyeksiya məhlulu üçün liofilizə olunmuş toz.
8 mq toz, flakonda. 2 ml həlledici ampulda. 1 flakon və 1 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır
Aptekdən buraxılma şərti
Reseptli
Loren nə üçündür?
- Travmatik ağrılarda istifadə olunan dərmanlar
- Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
- Artrit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






