Daleron kold 3 istifadə qaydası necədir? tərkibi və qiyməti
Daleron kold nə üçündür? istifadə qaydası necədir? Daleron gold əks təsiri, faydaları, istifadə qaydası, instruksiya və qiyməti haqqında ətraflı məlumat üçün yazını oxuyun.

Daleron kold 3 (Daleron cold 3) haqqında məlumat
Daleron kold 3 qiyməti
Daleron cold 3 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Daleron kold 3 qiyməti 7 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Daleron gold 3 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 325 mq parasetamol, 30 mq psevdoefedrin hidroxlorid, 15 mq dekstrometorfan hidrobromid vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, jelatinləşdirilmiş nişasta, qarğıdalı nişastası, talk, susuz kolloidal silisium, maqnezium stearat.
Örtük: hipromelloza, makroqol, talk, titan dioksid, xinolin sarısı boya maddəsi lakı E104, indiqokarmin lakı E132.
Təsviri
Oval formalı, ikitərəfli qabarıq, açıq-yaşıl rəngdə, örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Psixoleptiklər ilə kombinəolunmuş parasetamol.
ATC kodu: N02ВЕ71.
İstifadəsinə göstərişlər
Preparat qrip və soyuqdəymə simptomlarının yüngülləşdirilməsi üçün istifadə edilir:
- zəif və orta dərəcəli ağrı sindromu (baş, əzələ, oynaq ağrıları, boğazda ağrı);
- yüksək temperatur;
- burun tutulması və həddindən artıq burun sekresiyası;
- quru öskürək.
Əks göstərişlər
- parasetamola, psevdoefedrinə, dekstrometorfana və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq;
- qaraciyərin və ya böyrəklərin ağır pozğunluqları;
- ağır arterial hipertenziya;
- ürəyin ağır işemik xəstəliyi (stenokardiya);
- monoaminooksidazanın inhibitorları ilə birlikdə istifadə;
- tərkibində parasetamol olan digər preparatlarla birlikdə istifadə;
- 12 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi tam müəyyən edilməyib.
Hamilə qadınlar üzrə toplanan geniş məlumat həm malformativ, həm də dölə/yenidoğulmuşa toksik təsirin olmadığını göstərir. Uşaqlıqda parasetamola məruz qalan uşaqların nevroloji inkişafı üzrə aparılan epidermoloji tədqiqatlar inandırıcı olmayan nəticələr göstərir. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi tövsiyə edilmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat xəstələrdə psixomotor reaksiyaları zəiflədə bilər, buna görə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Preparat daxilə qəbul edilir.
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara preparatın 2 tabletini gündə 4 dəfədən çox olmadan qəbul etmək tövsiyə edilir. Ayrı-ayrı dozaların qəbulu arasında fasilə 4 saatdan az olmamalıdır.
Tövsiyə edilən dozaları artırmaq olmaz.
12 yaşa qədər uşaqlarda Daleron Kold3 istifadə etmək olmaz.
Buraxılış forması
12 tablet, blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən yüksək olmayan temperaturda, rütubətdən və işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
KRKA, d.d., Novo mesto, Sloveniya.
Azərbaycanda Nümayəndəlik
Xocalı Prospekti 55, AGA Biznes Mərkəzi.
Daleron kold 3 nə üçündür?
- Öskürək əleyhinə dərmanlar
- Qrip zamanı istifadə olunan dərmanlar
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Baş, diş və qulaq ağrılarında istifadə olunan dərmanlar
- Daxili orqanlarda ağrılar zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
- daleron cold 3
- daleron cold 3 инструкция
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






