Saç boyası üçün ən zərərli rənglər - ARAŞDIRMA

Feb 14, 2025 - 22:13
 0
Saç boyası üçün ən zərərli rənglər - ARAŞDIRMA
Saç boyası üçün ən zərərli rənglər - ARAŞDIRMA

Qadınların çoxu saç boyasında ammonyakın olmamasını onun təhlükəsiz və keyfiyyətli olması ilə əlaqələndirir. Lakin alimlərin son araşdırmaları göstərib ki, saç boyasının tərkibindəki ən təhlükəli maddə heç də ammonyak deyil. Mütəxəssislər bildirirlər ki, saç boyasının keyfiyyəti yalnız ammonyakın olub-olmaması ilə müəyyən edilmir. 

Doktorm.az xarici mediaya istinadla saç boyasının ən zərərli rənglərini təqdim edir:

Boyanın davamlı istifadəsi müəyyən sağlamlıq riskləri daşıya bilər. Buna görə də seçim edərkən tərkibinə diqqətlə baxmaq vacibdir, çünki bəzi komponentlər təkcə saçlara deyil, ümumi sağlamlığa da mənfi təsir göstərə bilər.

Sağlamlıq üçün ən zərərli saç boyası hansıdır?

Alimlərin fikrincə, ən təhlükəli saç boyaları tünd rəngli boyalardır. Bunun səbəbi onların tərkibində rezorsinol adlı maddənin olmasıdır.

Rezorsinol yalnız tünd rəngli saç boyalarında olur. Bu maddə, dəriyə yapışan rəng piqmentlərini asanlıqla çıxarmaq üçün boyanın tərkibinə əlavə edilir. Lakin bu komponent çox zəhərlidir və tənəffüs yollarında müxtəlif dərəcəli allergik reaksiyalara səbəb ola bilər.

Bundan əlavə, rezorsinol endokrin sistemin fəaliyyətində pozğunluqlara yol aça bilər. 2021-ci ildən etibarən bir çox Avropa ölkəsində rezorsinol insan sağlamlığı üçün yüksək risk daşıyan maddələr siyahısına əlavə edilib.

Tünd rəngli boyaların daha bir təhlükəsi: Ağır maddələr

Tünd rəngli boyaların tərkibində qurğuşun və civə duzları (plumbatlar və merkuriatlar) da ola bilər. Bu maddələr bədəndə toplanarsa, ciddi zəhərlənməyə səbəb ola bilər. Qurğuşun və civə əsasən böyrəklərə və qaraciyərə zərər verir, çünki bu orqanlar ilk növbədə onların təsirinə məruz qalır.

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbedə boyadan zərər çəkmişlərdən biridir. Saçını boyadıqdan sonra üzündə kimyəvi yanıq izləri yaranıb. O, sosial media hesabında üzündəki yanıq izlərini göstərən bir fotoşəkil paylaşaraq, "Bir daha saçıma boya sürməyəcəyəm”, o bildirib.

Əgər siz saçlarınızı tez-tez boyayırsınızsa, tərkibi diqqətlə yoxlamaq və mümkün qədər təbii, zərərsiz alternativlər seçmək tövsiyə olunur. Xüsusilə tünd rəngli boyalar alarkən diqqətli olmaq lazımdır, çünki onların tərkibində sağlamlığa ciddi zərər verə biləcək maddələr ola bilər./lent.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow