30 yaşlı qadına menstrual fincandan infeksiya keçdi

Feb 14, 2025 - 22:20
 0
30 yaşlı qadına menstrual fincandan infeksiya keçdi
30 yaşlı qadına menstrual fincandan infeksiya keçdi
30 yaşlı britaniyalı qadında menstrual fincan istifadəsindən sonra böyrək infeksiyası yaranıb.
Doktorm.az xəbər verir ki, qadın sidiyində qan gördükdən və təxminən altı ay davam edən qarın və çanaq nahiyəsində ağrılardan sonra həkimə müraciət edib.
O, ağrının səbəbini üç il əvvəl böyrək daşının götürülməsi ilə əlaqələndirirdi, lakin müayinə yeni daşların olduğunu aşkar etmədi. Bununla belə, həkimlər sağ böyrəyin və böyrəklərdən sidiyi daşıyan sidik axarının şişdiyini aşkar ediblər.
Məlum olub ki, menstruasiya günlərində qadın menstrual fincandan - vaginaya qoyulmalı olan xüsusi rezin qabdan istifadə edib. Lakin fincan sidik axarının açılışına çox yaxın yerləşdirilib və onu bloklayıb.
Xəstədən bir ay sonra təkrar müayinəyə qədər fincandan istifadə etməməsi tələb edilib. Qadın geri qayıdanda simptomlar tamamilə yox olmuşdu./medicina.az

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow