"Üçüncü həyatımı yaşayıram" - Fatma Mahmudova - VİDEO

Feb 21, 2025 - 13:02
 0
"Üçüncü həyatımı yaşayıram" - Fatma Mahmudova - VİDEO
"Üçüncü həyatımı yaşayıram" - Fatma Mahmudova - VİDEO

Azərbaycanda həkimlərin reklam edilməsinə qadağa qoyula bilər. Artıq bununla bağlı Milli Məclisdə “Reklam haqqında” qanuna əlavə və dəyişiklik edilməsi təklif edilib.

Milli Məclisin komitə sədri Musa Quliyev parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib ki, bir çox televiziyala kanallarında, şou proqramların tibbi xidmətin, həkimlərin heç bir normalara uyğun olmadan reklam olunması yolverilməzdir:

"Tibbi xidmətlərin reklam olunmasının əleyhinə deyilik, amma bunun müəyyən normaları var. Son dövrlərdə plastik cərrahiyyə, bədən şəkilləndirmə əməliyyatlarında, mədə kiçiltmə əməliyyatlarında bir çox ölüm hallarının, ağırlaşma hallarının baş verməsində şoudakı reklamların təsiri var. Bunların çoxunun tibbi göstərişi də yoxdur.

Həkimi şəxs olaraq reklam etmək dünyanın heç bir yerində yoxdur və "dünyanın ən yaxşı həkimi", "dünyanın ən yaxşı klinikası" demək doğru deyil. Reklam haqqında qanuna dəyişiklik edilsin. Tibbi xidmətlərlə bağlı reklamın normaları müəyyənləşdirilsin. Həkimin sponsorluq fəaliyyəti qadağan olunmalıdır".

Nəzərə alaq ki, bu gün həkimlər televiziyadakı verilişlərə çox yüksək ödəniş hesabına çıxırlar. Bəzi iddialara görə verilişlərə çıxan həkimlər ayda 18-20 min manatlarından keçməli olurlar

Və son araşdırmalar göstərir ki, reklam olunan həkimlərin çoxu dələduzluqla məşğul olur. Heç təsadüfi deyil ki, Səhiyyə Nazirliyi tərəfindən son bir ayda 25 estetik cərrahın lisenziyası ləğv edilib. İki həkimsə saxlanılıb. Bütün bunlarsa göstərir ki, həkimlərin reklamı peşəkarlığından daha çox kommersiya məqsədi daşıyır.

Məsələyə münasibət bildirən tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov "Ajans.az"a açıqlamasında deyib ki, savadlı həkimin reklama ehtiyacı yoxdur:

"Ümumiyyətlə, nə dərman, nə də həkim reklam olunmalıdır. Yalnız düzgün iş aparılan xəstəxanalar tanıdılmalıdır. Həmin xəstəxanada işləyən həkimlər savadlı olmalı, öz sahələrini yaxşı bilməlidirlər. Bu səbəbdən deputatın fikirləri ilə tam razılaşıram. Televiziyada həkimlərin reklam olunmasına birdəfəlik qadağa qoyulmalıdır. Bir sözlə, müəssisə reklam oluna bilər, həkim isə heç vaxt".


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow