Bu vitamin xərçəngi 10 günə öldürür

Britaniya alimləri xərçəng xəstələri üçün yeni terapiya hazırlayırlar. Tədqiqat zamanı qan dövranına yeridildikdən sonra E vitamini ekstraktının antitümör təsir göstərdiyini müşahidə ediblər.
Doktorm.az “Medicina”-ya istinadla xəbər verir ki, bu vitaminin təsirindən əsl mənada 24 saat ərzində xərçəng şişi kiçilməyə başlayır və on gün ərzində demək olar ki, tamamilə buxarlanır.
Düzdür, bu, bütün xərçəng növlərinə aid deyil. Alimlər yalnız dəri xərçəngindən əziyyət çəkən xəstələrlə işləyirlər. Lakin Qlazqo və Stratklid Universitetlərindən olan bir qrup tədqiqatçı əmindir ki, E vitamini ekstraktı digər xərçəng növlərinə qarşı da təsirli olacaq.
Bu vitamin bədənimizin xəstəliklərlə mübarizə aparması üçün vacibdir. Tam taxıl çörəyi, bitki yağları, yaşıl tərəvəzlər və yumurta kimi qidalarda olur. Vitamin E, pasın dəmiri yediyi kimi hüceyrələrə hücum edən sərbəst radikalların, xəstəliyə səbəb olan molekulların hərəkətini maneə törətməklə bədənimizi xəstəliklərdən qoruyan antioksidanları ehtiva edir.
Alimlər E vitamininin xüsusi tərkib hissəsinə - E vitamininin ekstraktı olan tokotrienola diqqət yetirdilər. O, xurma və kokos yağında, arpa və buğda rüşeymində bol tapılır. Hələ 1990-cı illərin ortalarında elm adamları tokotrienolun xərçəng hüceyrələrinin böyüməsini boğmaq qabiliyyətini üzə çıxaran bir sıra testlər apardılar. Lakin bu dərmanın tibbdə geniş tətbiqinə onun yüksək toksikliyi mane olurdu.
Lakin alimlər bu problemin öhdəsindən gələ biliblər. Onlar yağdan hazırlanmış minlərlə mikroskopik baloncukların içərisinə E vitamini ekstraktı qoydular.
Klinik sınaqlar zamanı məlum olub ki, tokotrienol artıq sağlam toxumalara təsir etmir, birbaşa xərçəng hüceyrələrinə qarşı döyüşür. Tədqiqatın müəllifləri klinik sınaqların nəticələrini "inanılmaz dərəcədə perspektivli" adlandırıblar.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






