Qızıl ulduz balzamı (Balzam ZVEZDOÇKA) nə üçündür?

Qızıl ulduz balzamı (Balzam ZVEZDOÇKA) - Qrip zamanı, baş, diş və qulaq ağrılarında, rinit, sinusit zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Sep 29, 2024 - 10:28
Sep 29, 2024 - 10:29
 0
Qızıl ulduz balzamı (Balzam ZVEZDOÇKA)  nə üçündür?
Qızıl ulduz balzamı (Balzam ZVEZDOÇKA)

Qızıl ulduz balzamı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Qızıl ulduz balzamı qiyməti

Qızıl ulduz məlhəm qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Qızıl ulduz balzamı qiyməti 3 azn - 4 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Balzam ZVEZDOÇKA qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı:
Mixək çiçəklərinin yağı + Kamfora + Çin darçını qabığının yağı + İstiotlu nanə yarpaqlarının yağı + Evkalipt yarpaqlarının yağı + Levomentol

Tərkibi

Təsiredici maddələr: 4 q məlhəmin tərkibində 0,455 q levomentol, 0,910 q rasemik kamfora, 0,530 q istiotlu nanə yarpaqlarının yağı, 0,129 q evkalipt yarpaqlarının yağı, 0,236 q mixək çiçəklərinin yağı, 0,056 q çin darçını qabığının yağı vardır.
Köməkçi maddələr: arı mumu, parafin, susuz lanolin, vazelin, duru parafin, sarı xinolin (E104) rəngləyicisi, qəhvəyi solvent red 3 rəngləyicisi.

Təsviri

Açıq-sarıdan qəhvəyi-sarı rəngə qədər olan, spesifik qoxuya malik bircinsli konsistensiyalı məlhəmdir.

Farmakoterapevtik qrupu

Təbii mənşəli yerli qıcıqlandırıcı vasitə.

АТС kodu: R05X 

Farmakoloji xüsusiyyətləri

Yerli qıcıqlandırıcı, yayındırıcı və antiseptik təsirə malikdir.
Mentol (Levomenthol) – zəif yerli anestetik təsirə malikdir, dəri və selikli gişaların soyuq reseptorlarını stimulə edir. Mentolun dəri reseptorlarına soyuducu təsiri qıcıqlanma və qaşınmanı zəiflətməyə imkan verir, məsələn allergiyada.
Kamfora (Kamfora rasemik) – tənəffüs mərkəzini tonuslandırır və vazomotor mərkəzi stimulə edir. Kamforanın təsiri nəticəsində periferik qan damarları daralır. Seliyin ayrılmasını asanlaşdırır. Çox güman ki, kamfora trombositlərin aqreqasiyasını inhibə edir, bununla da əlaqədar olaraq mikrosirkulyasiyanın yaxşılaşdırılması üçün tövsiyyə edilir. Kamforanın qaşınma əleyhinə təsiri yəqin ki, mentol kimi soyuq reseptorlarını seçici olaraq aktivləşdirməsi ilə əlaqədardır. 

İstiotlu nanə yağı – yaxşı ataptogen olub, orqanizm funksiyalarının normallaşmasına səbəb olur və onun xarici təsirlərə davamlılığını artırır. Yağ sedativ, ağrıkəsici, antiseptik, ümumi gücləndirici, spazmolitik təsirlərə malikdir. Kapillyar qan dövranını yaxşılaşdırır. Zökəm, qrip, sinusit zamanı istiotlu nanəyağı tənəffüs yollarını yaxşı təmizləyir. İstiotlu nanə yağı ikili təsirə malikdir –istidə sərinlədir, soyuqda isidir, bu səbəbdən o bədən temperaturununnormallaşdırılması üçün, ürəkbulanma, başgicəllənmə və halsızlıq zamanı istifadə edilir. Baş ağrısı, miqren, stress, psixonevroz, həddindən artıq emosional oyanıqlıq və yorğunluq, yuxusuzluq, nevralgiyalar, revmatizm, yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri (rinit, faringit, laringit, traxeit və s.), baş beyin damarlarının spazmı ilə bağlı xəstəliklər, hipertoniya və qaşıntlılı dermatozlar zamanı istifadə edilir.
Evkalipt yarpaqlarının yağı – selikli qişa reseptorlarına stimuləedici təsir göstərənyaxşı iltihabəleyhinə və antiseptik vasitədir. Evkaliptin efir yağı inhalyasiyadayaxşı kömək edir – burun keçəcəklərini tez və effektiv təmizləyir. Evkalipt yağı həssas sinir uclarınıstimulə edir və baş ağrıları, yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri və kataral xəstəliklər, eyni zamanda həşərat sancması zamanı əvəzsizdir.
Mixək çiçəklərinin yağı – güclü antiseptik, spazmolitik, qüvvətləndirici və stimuləedici təsirə malikdir. Mixək yağı dəri xoraları, həşərat sancması, ziyillərin və irinli yaraların müalicəsi zamanı effektivdir. Mixək yağı beyin fəaliyyətini stimulə edir və zehni fəaliyyəti dəstəkləyir, konsentrasiya qabiliyyətini yüksəldir.
Çin darçını yağı – mikrob əleyhinə təsirə malikdir, göbələklərin inkişafının qarşısını alır. Darçın qan dövranını stimulə edərək müalicəvi təsir göstərir ki, bu da xüsusi ilə soyuqdəymə, kataral xəstəliklər, oynaq və onurğa xəstəlikləri zamanı faydalıdır. 

İstifadəsinə göstərişlər

Kəskin respirator xəstəliklər (KRX), qrip, başağrısı, baş gicəllənməsi, rinit(zökəm), həşəratların sancması zamanı kompleks terapiyada simptomatik müalicə vasitəsi kimi.

Əks göstərişlər

  • preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
  • preparatın istifadə edilə biləcəyi nahiyələrdə dəri örtüklərinin zədələnməsi vədəri xəstəlikləri (piodermiya, dermatit, ekzema)
  • epilepsiya, qıcolmalara meyillilik, spazmofiliya, bronxial astma, göyöskürək,
  • 2 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyyat tədbirləri

Məlhəmin gözə, burun və ağız boşluğu selikli qişasına, o cümlədən zədələnmişdəri nahiyəsinə düşməsindən çəkinmək lazımdır.
Fotosensibilizasiya riskinə görə məlhəmin istifadəsindən sonra günəş şüalarınıntəsirindən qorunmaq lazımdır.
Məlhəm selikli qişalara düşdüyü halda preparatı nəm salfet vasitəsilə silmək və bol miqdarda su ilə yumaq lazımdır.
Həkim məsləhəti olmadan uşaqlarda istifadəsi məsləhət görülmür. 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Təsvir olunmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ana südü ilə qidalandırma dövründə istifadə təcrübəsinin olmamasısəbəbindən hamiləlik və ana südü ilə qidalandırma dövründə istifadəsi məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi yüksək diqqət konsentrasiyası və sürətli psixomotorreaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növlərinin yerinə yetirilməsi(nəqliyyat vasitələrinin idarə edilməsi, hərəkət edən mexanizmlərlə iş, dispetçer və operator işi) qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Xaricə.Baş ağrıları və başgicəllənmələr zamanı məlhəm gicgah vəənsə nahiyələrinəsürtülür. Rinit (zökəm), KRX zamanı məlhəm burun qanadlarının dərisinə, gicgah nahiyəsinə sürtülür. Həşərat sancmaları zamanı məlhəm sancma olan yerə sürtülür.

Əlavə təsirləri

Allergik reaksiyaların əmələ gəlməsi mümkündür,о halda preparatdan istifadə dayandırılmalıdır. Mövcud istifadə təlimatında qeyd edilməyən əlavə təsirlər müşahidə edilərsə preparatdan istifadəni dayandırmaq və bu barədə müalicə həkiminə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Hazırki dövrə qədər doza həddinin aşılması halları müşahidə edilməmişdir. Preparat təsadüfən daxilə qəbul edilərsə doza həddinin aşılması simptomları kimi mədə-bağırsaq (ürəkbulanma, qusma, ishal, qarında ağrılar) və nevroloji(baş ağrısı, başgicəllənmə, istilik/«istilik gəlmə» hissi, qıcolmalar, tənəffüsünzəifləməsi və koma) pozğunluqlar baş verə bilər.Müalicə simptomatikdir. Letal nəticəyə gətirib çıxara biləcəyi üçün kamfora iləsonrakı inhalyasiya və kiçik yaşlı uşaqlarda larinqospazm yaranma riskinə görə qusma refleksi yaradılmamalıdır. Məlhəmin daxilə qəbulu zamanı dərhal həkimə müraciət etmək lazımdır.

Buraxılış forması

Xaricə istifadə üçün məlhəm. 4 q xaricə istifadə üçün məlhəm tənəkə qablarda. Bir qab içlik vərəqə ilə birlikdəkarton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15-25°C temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Danafa Farmasyutikal SC ev.253,. Dunq Si Thanh Khe küç., Th аnh Kh е ray., Dananq şəh., Vyetnam 

Qızıl ulduz balzamı nə üçündür?

  1. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  2. Qrip zamanı istifadə olunan dərmanlar
  3. Baş, diş və qulaq ağrılarında istifadə olunan dərmanlar
  4. Rinit, sinusit zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow