Sedofaq istifadə qaydası necədir?
Sedofaq- Kardiotonik təsir göstərir, ürək əzələsinin işini yaxşılaşdırır, ürək ritmini normallaşdırır, koronar və beyin qan damarlarını genişləndirərək miokardı və beyin toxumasını oksigenlə təmin edir.

Sedofaq haqqında məlumat
Sedofaq qiyməti
Sedofaq kapsul qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Sedofaq qiyməti 16 azn - 19 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sedofaq tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
SEDOFAQ kapsullar
Qidaya bioloji fəal əlavə
Tərkibi
Hər kapsulun tərkibində:
Yemişan (Crataegus Sanguinea) .........................25 mq
İnkarnat qonaqotu (Passiflora incarnata) ..............25 mq
Pişikotu (Valeriana) .......................................... . 100 mq
Təsir mexanizmi
Yemişan kardiotonik təsir göstərir, ürək əzələsinin işini yaxşılaşdırır, ürək ritmini normallaşdırır, koronar və beyin qan damarlarını genişləndirərək miokardı və beyin toxumasını oksigenlə təmin edir. İnkarnat qonaqotu sinir sisteminə yüngül sakitləşdirici təsir göstərir, oyanıqlığı, qıcıqlanmanı azaldır, gərginliyi, depressiyanı, yuxu pozğunluğunu aradan qaldırır, diqqəti, ümumi əhvalı, iş qabiliyyətini yaxşılaşdırır, qıcolma əleyhinə təsir göstərir. Pişikotu mərkəzi sinir sisteminin oyanıqlığını azaldır, sedativ maddələrin təsirini artırır, spazmolitik təsir göstərir.
İstifadəsinə göstərişlər
- Yuxu pozğunluğu
- İsterik nevroz
- Neyrosirkulyator distoniya
- Depressiya
- Miqren
- Xroniki yorğunluq sindromu
- Neyrodermit
- Menopauza
- Predmenstural sindrom
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası
1-2 kapsuladan gündə 1 dəfə.
Məsləhət olunan gündəlik dozanı aşmayın.
Buraxılış forması
10 kapsul blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Sərin, quru, günəş şuası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir.
İstehsalçı
BION CORPORATION LTD.
London, Böyük Britaniya
www.bioncorporation.com
Sedofaq nə üçündür?
Sinir oyanıqlığında istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






