Qalazolin burun damcısı haqqında məlumat

Qalazolin burun damcısı qrip zamanı istifadə olunan, rinit, sinusit zamanı istifadə olunan preparatdır. Qalazolin tərkibində ksilometazolin hidroklorid aktiv maddəsi var, bu da burun boşluğundakı qan damarlarını daraldaraq ödemi və burun axıntısını azaldır.

Feb 12, 2025 - 12:20
Feb 12, 2025 - 13:33
 0
Qalazolin burun damcısı haqqında məlumat
Qalazolin burun damcısı

Qalazolin (aktiv tərkibi – ksilometazolin hidroklorid) burun boşluğunun selikli qişasının ödemini azaldan və burun tənəffüsünü müvəqqəti yaxşılaşdıran vazokonstriktor (damar daraldıcı) təsirə malik bir dərmandır. Adətən, rinit (zökəm), sinusit, otit və allergik burun tıxanıqlığı kimi hallarda istifadə olunur.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Qalazolin qiyməti

Qalazolin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Qalazolin qiyməti 3 azn - 5 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Qalazolin damcı qiyməti -ni öyrənərək əldə edəsiniz.

Qalazolin tərkibi

Ksilometazolin hidroxloridR

Farmakoloji təsiri

Antikonqestiv

İstehsalçı ölkə

Polşa

Qalazolin nə üçündür?

  1. Qrip zamanı istifadə olunan dərmanlar
  2. Rinit, sinusit zamanı istifadə olunan dərmanlar

İstifadəsinə göstərişlər:

-  Virus və ya bakterial mənşəli kəskin rinit;
-  Burunətrafı ciblərin kəskin və ya xroniki residivləşmiş iltihabı;
-  Allergik rinit;
-  Orta qulağın kəskin iltihabı-eşitmə kanalının keçiriciliyinin bərpa olunması məqsədi ilə.

Əks göstərişlər


-  Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
-  Bağlıbucaqlı qlaukoma;
-  Yüksək gözdaxili təzyiq;
-  Atrofik rinit;
-  Arterial hipertenziya;
-  Nəzərə çarpan ateroskleroz;
-  Taxikardiya;
-  Hipertireoz;
-  Beynin bərk qişasının yarılması ilə keçirilən cərrahi əməliyyatlardan sonra;
-  4 aylığa qədər uşaqlar.

İstifadə qaydası və dozası



0,5%-li burun damcısı.1 damcının tərkibində 0,025 mq ksilometazolin-hidroxlorid vardır.
Uşaqlar:4aylıq – 2 yaş : hər 8-12 saatdan bir hər burun boşluğuna 1 damcı;
2 yaş-12 yaş:hər 8-10 saatdan bir hər burun boşluğuna 2-3 damcı.
0,1%-li brun damcısı.
1 damcının tərkibində 0,05 mq ksilometazolin-hidroxlorid vardır.
12 yaşdan yuxarı uşaqlar və böyüklər :adətən hər 8-10 saatdan bir hər burun boşluğuna 2-3 damcı.
Müalicə kursu 7 gündən çox olmamalıdır.2 həftədən artıq davam elətdirmək qəti qadağandır.

Saxlanma şəraiti



25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Reseptsiz  buraxılır

İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow