Bliss baby pişik kremi nə üçündür?
Bliss baby pişik kremi - Uşaq dərisinə qulluq vasitəsidir. Dermatit və eqzema zamanı istifadə olunan preparatdır.

Bliss baby pişik kremi haqqında məlumat
Bliss baby pişik kremi qiyməti
Bliss baby qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Bliss baby pişik kremi qiyməti 13 azn - 15 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Bliss baby kremi qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- A vitamini
- Şı yağı
- Allantoin
- Sink oksid
- Pantenol
- Heksamidin diizotiozonat
Farmakoloji təsiri
A vitamini dəri hüceyrələrinə nüfuz edərək, zədələnmiş toxumaların sürətli bərpasına səbəb olur. Selikli qişaların yerli immunitetini artırır.
Şı yağı dərinin qoruyucu baryerini bərpa edərək, onu vitaminlərlə zənginləşdirir, qurumadan və qabıqlanmadan qoruyur.
Allantoin dəriyə ikili təsir göstərir: ölmüş hüceyrələri çıxarmaqla, buynuzvari təbəqəni yumşaldır və toxumaların regenerasiyasını stimullaşdırır.
Sink oksid qaşıntı və qızartını aparır, eyni zamanda həssas körpə dərisini bişməcədən qoruyur.
Pantenol dərini nəmləndirir, rahatladır və qoruyucu təbəqəsini yeniləyərək sağalma prosesini sürətləndirir.
Heksamidin diizotiozonat dəridə olan bakteriya və göbələkləri məhv edərək antiseptik təsir göstərir.
Göstərişləri
- Bişməcə önləyici;
- Bezaltı bişməcələrin müalicəsi;
- Dəridəki səpgilər;
- Həşarat sancmaları;
- Yüngül dərəcəli yanıqlar.
İstifadə qaydası
Hər dəfə körpənin altı dəyişdirilərkən su ilə yuyundurulub qurulandıqdan sonra bişməcə nahiyəsinə çəkilir.
Buraxılış forması
Krem 50 ml
İstehsalçı
VEFA İlac San. ve Tic. Ltd. Şti.
Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.
Bliss baby pişik kremi nə üçündür?
- Uşaq dərisinə qulluq vasitələri
- Dermatit və eqzema zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






