Bu ilin yeddi ayında Azərbaycanda 799 nəfər İİV-ə yoluxub, 13-ü əcnəbidir

Aug 16, 2024 - 13:18
 0
Bu ilin yeddi ayında Azərbaycanda 799 nəfər İİV-ə yoluxub, 13-ü əcnəbidir

"Azərbaycanda narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur".

"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin bildirdiyinə görə, ötən yeddi ay ərzində İİV-ə 799 nəfər yoluxub.

Onlardan 786 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 43 nəfəri (5.4%-i) iynəli narkotik istifadəçiləri olub.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow