Painex gel

Painex gel travmatik ağrılarda, oynaq və əzələ ağrılarında, artrit zamanı, artroz zamanı, idman zədələnmələrində istifadə olunan preparatdır.

Aug 7, 2024 - 06:59
Aug 7, 2024 - 07:10
 0
Painex gel
Painex gel

Painex gel haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Painex gel qiyməti

Painex gel qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Painex gel qiyməti 6 azn - 8 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Painex qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • PDiclofenac Diethylamine ---- 1.16%
  • Linseed Oil --------------------- 3.00%
  • Methyl Salicylate -------------- 10.00%
  • Menthol ------------------------- 5.00%

Xüsusiyyətləri

Preparatın tərkibindəki diklofenak ağrıkəsici və iltihab əleyhinə maddə kimi xaricə istifadə üçün nəzərdə tutulmuşdur. Diklofenak iltihab əleyhinə, ağrıkəsici və hərarətsalıcı təsirə malik güclü təsir göstərən qeyri-steroid iltihab əleyhinə dərman maddəsidir. O həmçinin urikozurik effektə malikdir. Diklofenak siklooksigenaza fermentini inaktivləşdirərək PgF və PgE kimi prostaqlandinlərin toxumalar tərəfindən sintezini azaldır. Eksperimental ölçülən artrit modelində diklofenakın iltihab əleyhinə təsirinin aspirindən yüksək və indometasinə analoji olduğu müəyyən olunmuşdur. Diklofenak qeyri-narkotik analgetik təsir effektinə malikdir. Kətan yağı iltihab mediatorları olan PgE2 , leykotrien, histamin və bradikinin sintezini blokada edir. Həmçinin siklooksigenaza və lipooksigenazanı inhibə edərək araxidon turşusu metabolizmini pozur və sonuncunun iltihab törətmə aktivliyini blokada edir. Metilsalisilat yerli olaraq ağrını azaldan və iltihabı aradan qaldıran maddə kimi lümbaqo, radikulit və digər revmatik xəstəliklərdə təyin olunur. Mentol yerli tətbiqi zamanı Ca2+ neyron membran kanallarını blokada edərək soyuğa həssas reseptorları stimulə edir və soyuducu effekt yaradır. Onun ağrıkəsici təsiri həmçinin kappa opioid reseptorlara aqonist təsiri ilə əlaqədardır.

İstifadə qaydası

Ağrı nahiyəsinə gün ərzində 3-4 dəfə olmaqla dəri üzərinə ehtiyatla çəkilir.

Göstərişləri

  • Tendovaginit, çiyin oynağı sindromu, bursit, periartropatiya, artrit, mialgiya, işalgiya
  • Əzələ və oynaq ağrıları
  • Lokallaşmış revmatik xəstəliklər
  • Onurğa sütunu və periferik oynaqların osteoartrozu ,ostioartriti
  • Radikulit
  • Bağlar, qığırdaq, əzələ və oynaqların travmalardan (dartılma, əzilmə, gərilmə, idman travmaları) sonrakı postravmatik iltihabı.

Painex gel nə üçünüdür?

  1. Travmatik ağrılarda istifadə olunan dərmanlar
  2. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
  3. Artrit zamanı istifadə olunan dərmanlar
  4. Artroz zamanı istifadə olunan dərmanlar
  5. İdman zədələnmələrində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.

  1. Peyneks
  2. Peyneks gel
  3. Peyneks qiyməti
  4. Peyneks nə üçündür?
  5. painex gel
  6. painex gel qiymeti
  7. painex
  8. paineks
  9. paineks gel

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow