Sambovin kids

Sambovin kids virus infeksiyalarının kompleks müalicəsi zamanı, bakteriyal, göbələk və parazitar infeksiyaların kompleks müalicəsi zamanı istifadə olunan preparatdır.

Aug 4, 2024 - 10:42
Aug 4, 2024 - 10:57
 0
Sambovin kids
Sambovin kids

Sambovin kids haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
  • Sambovin kids nə üçündür?
  • Hamısına bax

    Sambovin kids qiyməti

    Sambovin kids qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Sambovin kids qiyməti 26 azn - 29 azn arasında dəyişir.  

    Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sambovin kids qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

    HƏR 10 ML SİROPUN TƏRKİBİNDƏ:
    Beta Qlükan               – 125 mq
    Vitamin E                    – 35 mq
    Selen                           – 125 mkq
    Sink                             – 21 mq
    Vitamin C                   – 90 mq

    Beta Qlükan – insan orqanizminin  immun sistemini gücləndirən rəqabətsiz bir vasitədir.  Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmadığından, olduğu kimi və demək olar ki, tam biomənimsənilməyə  malikdir. Beta qlükan bağırsaqların selikli qışa hüceyrələri tərəfindən udularaq selikaltı qata ötürülməklə yerli immunostimulyator təsirini – makrofaqların üzərindəki xüsusi reseptorlara təsir etməklə, onların virus, bakteriya, göbələk  və parazitlərə qarşı aktivliyini gücləndirməklə həyata keçirir. Selikli qişada makrofaqların xüsusi aktivliyi ilə limfositlərin də sayının artması və aktivləşməsi prosesi baş verir. Repopulyasiya qabiliyyətli, aktivləşmiş limfositlər bağırsağın selikli qişasından desseminirə etməklə başqa orqanların selikli qişasına keçərək, onların viruslardan, bakteriyalardan, göbələklərdən  və parazitlərdən qorunmasını təmin edir.  Biomənimsənilmiş beta qlükanın böyük qismi qana keçməklə, qapı venasıyla qaraciyərə gələrək burada Kupfer hüceyrələri tərəfindən udulur və onları aktivləşdirərək bu hüceyrələr tərəfindən sistem immun sitokinlərinin (interleykin və interferonların) sürətli sintezini reallaşdırır.  Bununla da,  beta qlükan orqanizmə daxil olmuş antigenlərin və genetik olaraq yad maddələrdən belə orqanizmi  qorumuş olur. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə beta qlükanın istənilən növ immunçatışmazlıqlarda istifadəsi mümkündür.
    Vitamin E – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. Vitamin E həmçinin, kollagen və elastiki liflərin formalaşmasında, hemin, zülalların biosintezində iştirak edir.  Tokoferol qanın laxtalanmasını azaltmaqla periferik qan dövranını yaxşılaşdırır.
    Sink – immunitetin formalaşmasında iştirak edir. Çəngələbənzər vəzinin funksiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir.
    Selen – insan orqanizmində müxtəlif liposaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Güclü antioksidant təsirə malikdir, eyni zamanda  hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında vitamin E-nin fəaliyyətinə də əhəmiyyətli köməklik göstərir. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonlarının sintezi üçün əvəzolunmaz rola malikdir. Buna görə də, yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur.  Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bədxassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır.
    Vitamin C – metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir. 

    GÖSTƏRİŞLƏRİ

    • Qrip və KRVİ müalcəsi və profilaktikası: bronxit, pnevmoniya, faringit, sinusitlər, stomatit, gingivit.
    • Virus infeksiyalarının kompleks müalicəsi zamanı
    • Bakteriyal, göbələk və parazitar infeksiyaların kompleks müalicəsi zamanı
    • Müxtəlif xəstəliklər zamanı immun sistemin funksional zəifliyi müşayiət edilən hallarda
    • Sidik – cinsiyyət sisteminin kəskin və xroniki infeksiyalarının müalicəsi və profilaktikası: uretrit, sistit, pielonefrit
    • Onkoloji xəstəliklər zamanı əməliyyat önü və əməliyyatdan sonra radio və kimya terapiya müalicəsinin effektivliyinin artırılması məqsədi ilə.
    • Xroniki yorğunluq və fiziki tükənmə zamanı
    • Diabetli xəstələrdə oksidativ stressin və immunitet zəifləməsinin qarşısını almaq məqsədi ilə.

    İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI

    SAMBOVIN KIDS  sirop cədvəldə göstərilən dozalara müvafiq  gündə  1-2 dəfə yeməkdən  bir saat sonra təyin edilir . Müalicə müddəti 1-4 həftədir. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır. Su və ya digər mayelərlə (400C – dən yuxarı  olmayan) qatıla bilər.

    Yaş dövrü Birdəfəlik doza Mak. sutkalıq doza
    1 yaşa qədər 2,0 ml 4,0 ml
    1–3 yaş 3,5 ml 7,0 ml
    3-5 yaş 5,0 ml 10,0 ml
    5-8 yaş 7,0 ml 14,0 ml
    8-12 yaş 10,0 ml 20,0 ml
    12 yaşdan yuxarı 15,0 ml 30,0 ml

    ƏKS GÖSTƏRİŞLƏRİ

    Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 

    ƏLAVƏ TƏSİRLƏRİ

    Düzgün dozalanma zamanı heç bir əlavə təsir qeydə alınmamışdır. 

    DOZA HƏDDİNİN AŞILMASI

    iştahanın azalması, ürəkbulanma, qusma. 

    BURAXILIŞ FORMASI

    SAMBOVIN KIDS  karton qutuda  xüsusi 150 ml flakonlarda, içlik vərəqi və ölçü qaşığı ilə birgə istehsal edilir. 

    İSTEHSAL EDİLİR

    PRIMEA LIMITED, İngiltərə.

    MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ

    “NOVATOR PHARMA” Böyük  Britaniya.

    Sambovin kids nə üçündür?

    • Virus infeksiyalarının kompleks müalicəsi zamanı istifadə olunan dərmanlar
    • Bakteriyal, göbələk və parazitar infeksiyaların kompleks müalicəsi zamanı istifadə olunan dərmanlar
    • Müxtəlif xəstəliklər zamanı immun sistemin funksional zəifliyi müşayiət edilən hallarda istifadə olunan dərmanlar
    • Diabetli xəstələrdə oksidativ stressin və immunitet zəifləməsinin qarşısını almaq məqsədi ilə istifadə olunan dərmanlar

    Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


    Bu yazını dostlarınla paylaş

    saytların hazırlanması Pin up casino giriş

    Bu yazıya reaksiyanız ?

    like

    dislike

    love

    funny

    angry

    sad

    wow