Belə olacağını bilsəydi bunu heç vaxt etməzdi

Aug 7, 2024 - 07:37
 0
Belə olacağını bilsəydi bunu heç vaxt etməzdi

Saçını boyamaq istəyən kişinin üzü və alnı şişib.

Doktorm.Az xarici mətbuata istinadla bildirir ki, qəribə olay İngiltərədə yaşanıb.

27 yaşlı Ryan Briggs anasının aldığı saç boyasından istifadə edərkən halı pisləşib. Onun üzü deformasiyaya uğrayaraq eybəcər hal alıb.

Dərhal xəstəxanaya çatdırılan oğlanın allergiya səbəbindən bu hala düşdüyü məlum olub.

"Başım elə şişib ki, özümü cizgi film qəhrəmanı "Megamind"a oxşadıram", - Ryan Briggs sosial şəbəkədə qeyd edib.

Qeyd edək ki, hazırda onun vəziyyəti normaldır.

/milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow