Mondel sprey

Mondel sprey haqqında bütün məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz

Jul 3, 2024 - 22:45
Jul 3, 2024 - 22:52
 0
Mondel sprey
Mondel sprey

Mondel preparatı haqqında məlumat                          

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Mondel sprey tərkibi 1 ml-də:

  • Benzidamin hidroxlorid (Benzydamine hydrochloride)....40 mq
  • Exinaseya (Echinacea)....................................................40 mq
  • Qızılcıq  (Goldenseal)......................................................30 mq
  • Qara gəndalaş (Sambucus nigra)....................................20 mq
  • Nanə yağı (Mint oil)..........................................................15 mq
  • Çay ağacı yağı (Tea tree oil)............................................10 mq
  • Sürünən kəklikotu (Thymus serpyllum)............................10 mq
  • Dərman adaçayı (Salvia officinalis)..................................10 mq
  • Ətirli siziqium/mixək ağacı (Syzygium aromaticum).........10 mq
  • Propolis (Propolis)............................................................10 mq
  • Sink amin turşu xelat (as Zinc amino acid chelate)..........25 mq
  • Hialuron turşusu (Hyaluronic acid)...............................390 mkq

Farmakoterapevtik  qrupu

Yerli istifadə üçün antiseptik, iltihab əleyhinə, anestetik, hemostatik, regenerator təsirlərə malik oral sprey.

Farmakoloji xüsusiyyətləri

Mondel sprey nə üçündür?

MONDEL - LOR orqanları və ağız boşluğunun infeksion-iltihabi xəstəliklərinin müalicə və profilaktikasında yerli istifadə üçün antiseptik, iltihab əleyhinə, anestetik, regenerator təsirlərə malik preparatdır. Həmçinin, LOR orqanları və ağız boşluğunda cərrahi əməliyyatlardan sonra antiseptik, hemostatik effektlər göstərir, ödemi aradan qaldıraraq udqunmanı asanlaşdırır, bərpa prosesini sürətləndirir. Preparatın zəngin tərkibi və təsirləri sayəsində LOR orqanları və ağız boşluğunda olan infeksion-iltihabi prosesin simptomlarını (hiperemiya, ödem, ağrı, udmanın çətinləşməsi) aradan qaldırır. Mondelin profilaktik istifadəsi xroniki xəstəliklərdə infeksion-iltihabi proseslərin kəskinləşməsini və ağırlıq dərəcəsini azaldır. Yerli istifadə zamanı hər püskürtmədə aktiv inqridiyentlərin bərabər yayılması sayəsində hüceyrələrə daha sürətli və daha dərindən nüfuz edir, nəzərə çarpacaq yerli terapevtik effekt göstərir, yəni ağız boşluğunun və boğazın selikli qişasının üzərini örtür, mukoadgeziv qoruyucu təbəqə yaradaraq infeksiyaların (bakteriya, virus, göbələk) qıcıqlandırıcı və zədələyici təsirindən qoruyur, həmçinin həssas sinir uclarını əhatə edərək boğaz ağrısının və öskürəyin qarşısını alır
Benzidamin - qeyri-steroid iltihab əleyhinə və lokal anestetik təsirə malikdir, antiseptik (geniş spektrli mikroorqanizmlərə qarşı), antifunqal təsir göstərir. Benzidamin zəif əsasdır (əksər QSİƏV-lər zəif turşulardır), yüksək lipofilliyə malikdir, iltihab ocağına yaxşı nüfuz edir və terapevtik konsentrasiyada toplanır. İltihab əleyhinə təsiri sayəsində kapilyar keçiriciliyini azaldır, prostaqlandinlərin, histamin, bradikinin, sitokinlərin və digər qeyri-spesifik endogen zədələyici amillərin sintezini ingibə edir. Benzidamin bradikininin toxuma reseptorları ilə qarşılıqlı təsirini bloklayır, mikrosirkulyasiyanı bərpa edir, alqogen xüsusiyyətləri olan biogen aminlərin konsentrasiyasını və iltihab ocağında ağrı həssaslığını azaldaraq analgetik təsir edir. Benzidamin mikroorqanizmlərin membranlardan sürətlə keçərək onların hüceyrə strukturlarını zədələyir, metabolik proseslərini və hüceyrə lizosomlarının funksiyasını pozaraq antibakterial təsir göstərir. Candida albicans və Candida non-albicans-ın 20 ştamına qarşı göbələk əleyhinə təsir göstərir, göbələklərin hüceyrə divarının və metabolik zəncirlərinin struktur dəyişikliklərinə səbəb olur, onların çoxalmasının qarşısını alır.
Exinaseya kökləri - təbii, bitki mənşəli immunostimulyator vasitədir. Tərkibindəki polisaxaridlər, qlikoproteinlər, üzvü turşular, efir yağları, terpen birləşmələri və poliasetilenlər hesabına faqositoz prosesini stimullaşdırır, iltihab əleyhinə faktorların miqdarını artırır, makrofaqların, interleykinlərin və leykositlərin (T və B limfositlərin) sintezini stimulə edir. İmmunostimulyator effekti sayəsində orqanizmin yad maddələrə və törədicilərə (virus, bakteriya, göbələk, ibtidailər) qarşı müqavimətini artırır. 
Qızılcıq kökləri – təbii antibiotik hesab olunur, tərkibində kanadin, berberin və hidrastin alkaloidləri, A, B, C, E vitaminləri, efir yağları və minerallar var. Antibakterial, antiviral, antifunqal, iltihab əleyhinə, immunostimulyator, damar daraldıcı, hemostatik təsirlər göstərir. Tərkibində olan kanadin, berberin və hidrastin alkaloidləri hesabına viruslara (adeno-, rino-, korono-, herpes virusları, qripp və paraqripp ştamları), bakteriyalara (əsasən Staphylococcus aureus, Streptococcus pyogenes, Haemophilus influenzae, Moraxella catarrhalis və s), göbələklərə (Candida cinsindən olan göbələklər) qarşı effektivdir. İnfeksion antigenlərə qarşı spesifik antitellərin istehsalını artırmaqla yerli immun müqaviməti artırır. Antitoksik effekti sayəsində infeksion toksinləri neytrallaşdırır. Damar daraldıcı və hemostatik təsir göstərərək qanaxmaların (diş əti iltihabı, cərrahi müdaxilə, travmalarla bağlı) qarşısını alır. A, B, C, E vitaminləri, efir yağları və minerallar hesabına ağız boşluğunun selikli qişasının və toxumaların tamlığını bərpa edir.
Qara gəndalaş meyvələri - iltihab əleyhinə, dezinfeksiyaedici təsirə malikdir. Qrip, yuxarı və aşağı tənəffüs yollarının iltihabı (angina, laringit, bronxit və s.) xəstəliklərində istifadə olunur. Qara gəndalaş antosiyanidin birləşmələri (xüsusilə, onun əsas aktiv maddəsi siyanidin-3-qlükozid) hesabına antiviral aktivliyə malikdir, viral infeksiyalara yoluxma zamanı virusunun yayılmasının qarşısını alır.  
Nanə yağı - tərkibində mentol, menton və asetat mentil, efir yağları, flavanoidlər,  mikro-; və makroelementlər hesabına antibakterial, antiviral, iltihab əleyhinə, antiseptik, analgetik təsirlər göstərir. İltihabi prosesin simptomlarını - hiperemiya, ödem, boğaz ağrısı, udmanın çətinləşməsini aradan qaldırır, selikli qişanı sürətli bərpa edir. 
Çay ağacı yağı – çox sayda terpen birləşmələrdən ibarətdir, onlardan terpinen-4-ol, α-pinen, linalool, α-terpineol antibakterial, antiviral, antifunqal təsirlərə malikdir. Lipofil terpineollar mikroorqanizmlərin hüceyrə membranına nüfuz edir və onların membran strukturuna və funksiyasına təsir edərək antiseptik effekt göstərir.
Viruslara (adeno-, rino-, korono-, herpes virusları, qripp və paraqripp ştamları), bakteriyalara (əsasən Staphylococcus aureus, Streptococcus pyogenes, Haemophilus influenzae, Moraxella catarrhalis və s), göbələklərə (Candida cinsindən olan göbələklər) qarşı effektivdir.
Sürünən kəklikotu yarpaqları - əsasən efir yağından ibarətdir ki, onun da əsas komponentini timol və karvakrol təşkil edir. Kəklikotu antibakterial, antifunqal, spazmolitik, iltihab əleyhinə, bəlğəmi durulaşdırıcı təsirlərə malikdir. Tərkibində olan zeaksantin, lütein və apigenin flavonoidləri sayəsində isə güclü antioksidant təsir göstərir. Həmçinin tərkibindəki timol sakitləşdirici və ağrıkəsici effektlərə də malikdir.
Dərman adaçayı yarpaqları – tərkibi efir yağları, α-pinen, sineol, α- və β-tuyon, borneol, kamfora ilə zəngindir. Bu aktiv komponentləri sayəsində antiseptik, iltihab əleyhinə, büzücü, hemostatik, ağrıkəsici təsirlər göstərir
Ətirli siziqium/mixək ağacı çiçəkləri – tərkibində 20% efir yağları, 20% dubil maddələr var, efir yağının 70%-i evgenol, asetilevgenol, kariofillendən ibarətdir. Əsasən evgenol və tərkibindəki digər aktiv maddələr antiseptik, iltihab əleyhinə, ağrıkəsici, spazmolitik, immunostimulyator təsirlər göstərir. 
Propolis - tərkibi qalanqin, efir yağları, qatran, vitaminlər, mikroelementlər, mum ilə zəngindir. Tərkibində olan qalanqin bioflavonoidi sayəsində antiviral, antibakterial və antifunqal, iltihab əleyhinə, ağrıkəsici effekt göstərir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Sink amin turşu xelat – xelat kompleksli sinkdir, yəni sinklə amin turşunun kompleks birləşməsidir, bu xüsusiyyəti hesabına yerli istifadəsində tamlığı pozulmuş toxumalara və selikli qişaya asan nüfuz edir, regenerasiyasını sürətləndirir, iltihabın əlamətlərini - hiperemiya, ödem, ağrı, udmanın çətinləşməsini aradan qaldırır, selikli qişanı sürətli bərpa edir. Yerli immuniteti stimullaşdırır, yad maddələrə və törədicilərə (virus, bakteriya, göbələk, ibtidailər) qarşı müqavimətini artırır.
Hialuron turşusu – yerli istifadədə qoruyucu təbəqə yaradaraq ağız boşluğunun, boğazın quru və qıcıqlanan selikli qişalarını intensiv nəmləndirir, qoruyur, udma zamanı quruluq, yanma, boğaz ağrısı, eləcə də quru öskürək və səsin tutulması simptomlarını aradan qaldırır, xəstəyə rahatlıq verir.  

İstifadəsinə göstərişləri

  • LOR orqanlarının iltihabi xəstəlikləri: angina, tonzillit, faringit, laringit; 
  • Ağız boşluğunun iltihabi xəstəlikləri: gingivit, qlossit, parodontoz, stomatit; 
  • Tüpürcək vəzilərinin iltihabı; 
  • Stomatoloji prosedurlar (dişlərin müalicəsi və ya çıxarılmasından sonra); 
  • Cərrahi müdaxilələrdən və travmalardan sonra (tonzillektomiya, çənə sınıqları və s); 
  • Ağız boşluğunun selikli qişasının kandidozu

Mondel sprey dozalanması və istifadə qaydası

Uşaqlara: 1-2 püskürtmə gündə 3-4 dəfə
Böyüklərə: 2-3 püskürtmə gündə 4-5 dəfə ağız boşluğuna və ya boğaz nahiyəsinə istifadə olunur
İstifadə qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.

Mondel sprey əks göstərişləri

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq

Buraxılış forması

30 ml oral sprey.

Mondel sprey qiyməti

Mondel sprey qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan mondel sprey qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə

Aid olduğu kateqoriyalar

  • Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
  • Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow