Intervallı pəhrizin ürəyə təsiri araşdırıldı

Jan 9, 2025 - 15:55
 0
Intervallı pəhrizin ürəyə təsiri araşdırıldı
Intervallı pəhrizin ürəyə təsiri araşdırıldı

EFFEKT NƏZƏRƏ ÇARPACAQ DƏRƏCƏDƏDİR

İnterval pəhrizin ürək-damar sisteminə təsiri araşdırılıb. İspaniyanın
Qranada və Navarra Universitetlərinin alimləri piylənmə problemi olan insanların hansı pəhrizlə çəki atmağın ürək-damar sağlamlığına daha yaxşı təsir etdiyini araşdırıb.
“Nature Medicine” jurnalında dərc olunan tədqiqatın nəticələrində deyilir ki, gün ərzində sonuncu dəfə axşam saat 17:00-dan əvvəl yemək, dərialtı yağların əriməsi üçün ən təhlükəsiz və effektiv strategiyadır.
197 nəfərin iştirak etdiyi araşdırmada intervallı pəhrizin qlükoza tənzimlənməsinin optimallaşdırılması üçün xüsusilə faydalı olduğu da ortaya çıxıb.
Bu pəhrizin diabetin qarşısını almağa və metabolik sağlamlığı yaxşılaşdırmağa kömək etdiyi də qeyd olunub./saglamolun.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow