Front 2 şam
Front 2 şam - Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün istifadə olunan dərmandır.

Front 2 şam haqqında məlumat
Front 2 şam qiyməti
Front 2 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Front 2 şam qiyməti 23 azn - 25 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Front qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
- Front 2 N7 (vaginal şamlar)
- Фронт 2 N7 (вагинальные свечи)
Tərkibi
- Klindamisin
- Ketokonazol
Farmakoloji təsiri
- Göbələk əleyhinə
- Antibakterial
Vahidi
ŞAM
Aptekdən buraxılma şərti
Reseptli
İstehsalçı ölkə
ARGENTİNA
Təsiredicinin miqdarı
- Klindamisin 100 mq
- Ketokonazol 400 mq
Front 2 şam nə üçündür?
- Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
- Göbələk əleyhinə dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
- Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FRONT®2
vaginal suppozitoriyalar (şamlar)
Tərkibi
Təsiredici maddələr: 1 vaginal şamın tərkibində 100 mq klindamisin (klindamisin fosfat), 400 mg ketokonazol vardır.
Köməkçi maddələr: bərk yarımsintetik qliseridlər
Təsviri
Ağ və ya sarımtıl rəngə qədər olan yumşaq vaginal suppozitoriyalardır.
Farmakoterapevtik qrupu
İntravaginal istifadə üçün antibakterial və göbələk əleyhinə antibiotiklər.
ATC kodu: G01AA10; G01AF11.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Klindamisin – linkozamidlər qrupuna aid olan mikrob əleyhinə geniş təsir spektrinə malik antibiotikdir. Təsir mexanizmi ribosom membranının 50S subvahidi ilə birləşməsi və mikrob hüceyrəsində zülal sintezini inhibə etməsinə əsaslanır. Bakteriostatik təsir göstərir. Klindamisin aşağıdakı mikroorqanizmlərin ştammlarını törətdiyi bakterial və infeksiyalara qarşı aktivdir (in vitro) təsirə malikdir: Bacteroides spp, Gardnerella vaginalis, Mobiluncus spp, Micoplasma hominis, Peptostreptococcus.
Bəzi qram-müsbət kokklara qarşı bakterisid təsirə malikdir:
Staphylococcus spp. (o cümlədən Staphylococcus epidermidis, penisillinaza hasil edən və etməyən), Streptococcus spp. (Enterococcus faecalis istisna olmaqla), Streptococcus pneumoniae, Corynebacterium diphtheriae, Mycoplasma spp., Anaerob və mikroaerofil qram-müsbət kokklar: (o cümlədən Peptococcus spp. və Peptostreptococcus spp.), Clostridium perfringens, Clostridium tetani, Bacteroides spp. (o cümlədən Bacteroides fragilis və Prevotella
melaninogenica), Fusobacterium spp., Propionibacterium spp., Eubacterium spp. və Actinomyces israelli qarşı aktivliyə malikdir. Clostridium perfringens ştammlarının oksərüyəti klindamisinə həssasdır, lakin Clostridium spp.-nin bəzi növləri (Clostridium sporogenes, Clostridium tertium) təsirə davamlı olduğuna görə Clostridium spp. mənşəli infeksiyalarda antibiotikoqramın təyini məsləhətdir.
Ketokonazol – imidazoldioksolan törəməsidir. Dermatofitlərə qarşı funqisid və funqistatik təsirə malikdir: Trichophyton spp., Epidermophyton floccosum, Microsporum spp.; maya və mayayabənzər göbələklər: Candida spp., Pityrosporum spp., Torulopsis, Cryptococcus spp.; dimorf göbələklər və eumisetlər. Ketokonazol stafılokokklar və streptokokklar əleyhinə aktivliyə malikdir.
Təsir mexanizmi erqosterol biosintezinin inhibə edilməsi və göbələklərin membranının lipid tərkibinin dəyişməsinə əsaslanır.
Farmakokinetikası
Klindamisin: lokal istifadə zamanı Klindamisin sistem sorulma dərəcəsi çox aşağıdır. Vaginal yolla istifadə zamanı qanda konsentrasiyası təxminən 2-8%-ə qədər olur. Dəriyə istifadə zamanı qanda konsentrasıya dərəcəsi olduqca aşağıdır (0-dan 3 nq/ml-ə qədər). Vaginal üsulla yeridilmə zamanı klindamisin metabolizmə uğramır və vaginanın özünüünütmizləmə mexanizmi ilə xaric olunur.
Ketokonazol: intravaginal istifadə zamanı ketokonazol çox az miqdarda qan dövranına daxil olur. Ketokonazolun 400 mq dozada intravaginal istifadəsindən sonra qadınlarda qan plazmasında maksimal konsentrasiya 0-20,7 nq/ml-ə bərabər olur.
İstifadəsinə göstərişlər
Preparat Gardnerella vaginalis, Mobiluncus və digər anaerob bakteriyaların, o cümlədən qarışıq vaginitlərin və vaginal kandidiozun yaratdığı bakterial vaginozun müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
Preparatın tərkibində olan təsiredici maddələrə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.
Preparatın eyni zamanda daha əvvəl Kron xəstəliyi keçirmiş, xoralı kolit və ya antibiotiklərin yaratdığı kolitdən əziyyət çəkən xəstələrə təyini əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İntravaginal istifadə edilən digər vasitələrlə paralel istifadəsi məsləhət deyil. Hamiləliyin ilk trimestirində və laktasiya zamanı preparatın
istifadəsi döl və yenidoğulmuş üçün risk yarada bilər. Uzunmüddətli və nəzarətsiz istifadəsi bağırsağın selikli qişasında iltihaba və ishala səbəb ola bilər.
Preparatın istifadəsindən əvvəl əllər yuyulmalıdır.
Klindamisin istifadəsi qeyri-həssas mikroorqanizmlərin (kandidoz) inkişafına səbəb ola bilər.
Preparatın istifadəsi zamanı cinsi əlaqədə olmaq məsləhət görülmür.
Dərman vasitəsinin istifadəsi zamanı vaginal nahiyədə qıcıqlanma, sancı və qaşınma kimi arzuolunmaz hallara təsadüf edilə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Klindamisin rifampisinin, aminoglikozidlərin təsirini gücləndirir. N-xolinoblokatorların miorelaksasiyaedici təsirini artırır.
Ketokonazol: intravaginal istifadəsi haqqında məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı ilk trimestrdə istifadəsi məsləhət deyil, digər trimestrlərdə preparatın təyini potensial fayda və mümkün risk nəzərə alınmaqla təyin edilməlidir. Laktasiya dövründə preparatın istifadəsinə heç bir məhdudiyyət yoxdur.
Dərman vasitəsi əhəmiyyətli dərəcədə sorulmadığına görə Ketokonazol və Klindamisinin vaginal yolla toksikliyi qeyri-mümkündür. Ketokonazol və Klindamisinə bağlı in vitro tədqiqatlar zamanı preparatın mutagen təsiri aşkar edilməmişdir.
İstifadə qaydası və dozası
Sutkada bir dəfə gecə yatmazdan əvvəl 1 vaginal şam uşaqlıq yoluna dərinə yeridilir. Müalicə müddəti 7 gündür.
Əlavə təsirləri
Həssas orqanizmə malik xəstələrdə preparat vaginal seliyin quruluğuna, xarici cinsiyyət orqanlarında (vulvada) qıcıqlanmaya və qaşınmaya səbəb ola bilər. Əlavə təsir dərman vasitəsinin istifadəsini dayandırdıqdan sonra aradan qalxır.
Genital kanal: simptomatik servisit (16%), Candida albicans (11%), vaginal trixomonadar (1%), vulvada qıcıqlanma (6%);
Mərkəzi sinir sistemi: şüurun müvəqqəti itməsi, baş ağrıları, başgicəllənmə;
Dəri xəstəlikləri: səpgi;
Mədə-bağırsaq xəstəlikləri: mədədə qıcqırma, ürəkbulanma, qusma, diareya, qəbizlik, abdominal nahiyədə ağrılar.
Hiperhəssaslıq: allergik səpgilər.
Klindamisinin lokal istifadəsindən sonra yarana bilən digər əlavə təsirlər: psedomembranoz kolit də daxil olmaqla ağır (şiddətli) kolit,
kontakt dermatiti, eritema və dəridə qıcıqlanmalar, dərinin yağlılığının artması, qram-mənfi mikrobların yaratdığı follikulit, abdominal nahiyədə ağrılar və mədə-bağırsaq xəstəlikləri.
Klindamisinin birbaşa oral və vaginal istifadəsini qarşılaşdıran tədqiqatlar aparılmadığına görə bu haqda məlumatlar mövcud deyil.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması ilə bağlı məlumat verilməmişdir. Doza həddinin aşılması və ya intoksikasiya hallarında ən yaxın xəstəxanaya və yaxud toksikoloji mərkəzə müraciət edilməlidir.
Buraxılış forması
7 vaginal şam, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, öz qutusunda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
INSTITUTO BIOLÓGICO ARGENTINO S.A.I.C., Argentina Respublikası.
Ünvan
Calle 606 Dr. Dessy 351 B1867DWE Florencio Varela, Buenos Aires, Argentina.
Eksklüziv distribyutor
Helmes Europe d.o.o, Bolqarıstan.
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
- front 2
- front 2 şam
- front 2 şam haqqinda melumat
- front 2 şam istifade qaydasi
- front 2 şam qiymeti
- front 2 şam ne ucundur
- front 2 şamı
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






