Maxalim (Maksalim) sirop nə üçündür? istifadə qaydası necədir?

Maxalim (Maksalim) sirop - Vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı, anemiya zamanı, saç, dıqnaq xəstəlikləri zamanı, qidalanma pozğunluğu zamanı, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Nov 19, 2024 - 16:11
 0
Maxalim (Maksalim) sirop nə üçündür? istifadə qaydası necədir?
Maxalim (Maksalim) sirop

Maxalim sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Maxalim sirop qiyməti

Maksalim sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Maxalim sirop qiyməti 24 azn - 27 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Maxalim qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər 5 ml siropun tərkibi:

Dəmir fumarat (Fe II) ............. 35 mq

Fol turşusu ...........................350 mkq

Vitamin B12...........................  3 mkq                                                                               

Vitamin C...............................  80 mq

Farmakoloji xüsusiyyətləri:

Dəmir oksigen daşıyıcısı olan hemoqlobinin tərkibinə daxil olmaqla toxuma və hüceyrələri oksigenlə təmin edir. MAXALİM-in tərkibində dəmir ikivalentli fumarat birləşməsi şəklindədir. Fumarat birləşməsi mədə turşuluğuna davamlılığına və yüksək biomənimsənilməsinə görə digər birləşmələrdən fərqlənir. Dəmir fumarat mədə-bağırsaq traktında oksidləşmədiyinə görə ağızda pas (dəmir) dadı vermir, mədədə qıcıqlanma, köp, ishal və ya qəbizlik yaratmır. MAXALİM bütün orqan və toxumaları dəmir və oksigenlə təmin etdiyi üçün dəmir çatışmazlığı və oksigen aclığı fonunda yaranan (yorğunluq, halsızlıq, iştahsızlıq, baş ağrıları, başgicəllənmə, huşunu itirmə, immunitetin zəifləməsi və s.) bir sıra vəziyyətlərin qarşısını alır.

Fol turşusu eritrositlərin yaranmasında, purin və pirimidinlərin sintezində iştirak edir. Orqanizmdə fol turşusunun kifayət qədər olması, qan hüceyrələrinin normal fəaliyyətini və sayını təmin edir. Fol turşusu qan hüceyrələrinin yaranmasında, blast hüceyrələrin sintezində və meqaloblastların formalaşmasında iştirak edir. Fol turşusunun çatışmazlığı nəticəsində qan yaranmanın meqaloblast fazasının normoblast fazaya keçməsini tormozlayır. Fol turşusu eyni zamanda sinir hüceyrələrinin qidalanmasında, mielinizasiya prosesində vacib rola malikdir.

Sianokobalamin (Vitamin B12) fol turşusu ilə birlikdə hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir. Zülal, yağ və karbohidrat mübadiləsində vacib rol oynayır. Bir çox fermentlərin sintezi üçün vacibdir. Qlikolizi sürətləndirir, sinir liflərinin mielin qişalarının formalaşmasını, karotinin retinola (Vitamin A) keçməsini təmin edir.

C vitamini dəmirin bağırsaqdan sorulmasına cavabdeh vitamin olaraq, onun orqanizmdəki mübadiləsində vacib rol oynayır. Dəmir defisiti zamanı azalan iştahanı normallaşdırır. C vitamini immun sistemini gücləndirir, eləcə də, antioksidant olaraq orqanizmi sərbəst radikalların mənfi təsirlərindən qoruyur.

MAXALİM dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, fiziki və zehni iş qabiliyyətini, eləcə də, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

MAXALİM preparatı diş emalının qaralmasına səbəb olmur!

Göstərişləri:

  • Latent və kliniki müşahidə olunan dəmir, fol turşusu və B12 defisitli anemiyalar
  • İntensiv böyümə, müxtəlif dietlər zamanı
  • Hipo və avitaminozların kompleks müalicəsi
  • Anemiya ilə müşahidə olunan MBT-nin xəstəlikəri (malabsorbsiya sindromu, disbakterioz, qurd invaziyası və s.)
  • Qanitirmə zamanı yaranan anemiyalar (qanaxmalardan, cərrahi əməliyyatlardan, hemodializdən, şüa və kimyaterapiyadan sonra)
  • Onkoloji xəstəliklər zamanı anemiyanın müalicə və profilaktikası
  • Fiziki və əqli yüklənmələr zamanı.

İstifadə qaydası və dozalanma: 

Profilaktik məqsədlə: 1.5 yaşa qədər həkim məsləhəti ilə

1.5 - 4 yaş 1,25 ml gündə 1 dəfə 

 4-14 yaş 2,5 ml gündə 1 dəfə

14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 1 dəfə.

Əks göstərişlər: 

tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.         

Buraxılış forması: 

MAXALİM sirop 100 ml flakon.         

İstehsalçı: 

Zeyus İlac Türkiyə .

Maxalim sirop nə üçündür?

  1. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
  2. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  3. Vitamin və mineral çatışmamazlığı
  4. Saç, dıqnaq xəstəlikləri zamanı istifadə olunan dərmanlar
  5. Anemiya zamanı istifadə olunan dərmanlar
  6. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow