Legam sirop qiyməti və istifadə qaydası necədir?

Legam sirop - Kəllə-beyin və digər travmalar zamanı, metabolik pozulmalar zamanı, qidalanma pozğunluğu zamanı, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Nov 19, 2024 - 16:23
 0
Legam sirop qiyməti və istifadə qaydası necədir?
Legam sirop

Legam sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Legam sirop qiyməti

Legam şərbət qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Legam sirop qiyməti 25 azn - 28 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Legam qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

L-Karnitin--------------------------------1000 mq

 

Farmakoloji təsiri: 

LEGAM antihipoksant, regenerator,metabolik, neyroprotektor, kardioprotektor,

sitoprotektor, hüceyrə metabolizmini gücləndirən təsirə malikdir. L-karnitin (levokarnitin,vitamin B11) – aminturşu olub, metabolik prosesləri stimulə edən B qrup vitaminlərə mənsubdur. BT vitamini adlanaraq boy artımına səbəb olur.  L-karnitin qaraciyər və böyrəkdə sintez olunur, digər organ və toxumalara daşınır. Antihipoksik, antitireoid, anabolik və regenerativ təsirlərə malikdir. Yağların mübadiləsini aktivləşdirir və ATF sintezini sürətləndirir. L-karnitin yağların əriməsini gücləndirir və bədənin artıq çəkisini azaldır. L-karnitin yağ və zülal mübadiləsini yaxşılaşdırır, ketoturşuların əmələ gəlməsini zəiflədir. L-karnitin yağ turşularının oksigendən aslı olmayan metabolizminə yol açır. Nəticədə beynin hipoksiyasına müsbət təsir göstərir. Həzm şirələrinin sekresiyasını və fermentativ fəallığı artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır, artıq bədən çəkisini azaldır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır. Qaraciyərdə və əzələlərdə qlikogen ehtiyyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, zədələnmiş sinir toxumasını bərpa edir. Antihipoksant təsir qlikoza ilə rəqabətə girərək onu sıxışdırır və oksigendən asılı olmayan (anaerob qlikoliz) yola yönəldir. LEGAM uzunzəncirli yağ turşularını mitoxondri membranından daxilə keçirərək onların parçalanmasını və ATF-in sintezinə səbəb olur. Bu üsulla daha çox miqdarda enerji istehsal olunur ki, bu da hipoksiya vəziyyətində olan hüceyrələrdə oksigenin ekonomik istifadəsini təmin edir. Bu əsasən sinir hüceyrələrini hipoksiya vəziyyətindən çıxarmaq üçün istifadə olunur. Neyroprotektor təsir göstərir, zədələnmiş zonanı məhdudlaşdırır və sinir toxumasını bərpa edir. Zülalların parçalanmasını ləngitməklə əzələ kütləsinin artımına səbəb olur. Həzm şirələrinin sekresiyasını və fermentativ fəallığını artırır. Həzmi yaxşılaşdırır, iştahartırıcı təsir göstərir. L-Karnitin çatışmazlığı zamanı hüceyrələrdə enerji istehsalı azalır, bu da hipoksiya vəziyyətini dahada ağırlaşdırır. Nəticədə tez yorulma, baş ağrıları, yuxusuzluq, əsəbilik, əzələ zəifliyi, iştahasızlıq, diqqətin zəifləməsi kimi ağırlaşmalar baş verir.

 

Göstərişlər:

  • Yenidoğulmuşların asfiksiyası və doğuş travmasının fəsadları.
  • Yenidoğulmuşların hipotrofiyası və hipotoniyası.
  • Yenidoğulmuşların respirator distress sindromu.
  • Baş-beyinin travmatik və ya toksik zədələnməsi, ensefalopatiya.
  • Tam perenetal qidalanmada olan yarımçıq və yenidoğulmuşlara qulluq zamanı.
  • Birinci və ikinci dərəcəli karnitin defisiti olan xəstələr.
  • Miasteniya. Miopatiya. Müxtəlif mənşəli anoreksiyalar.
  • Uşaqlarda və yeniyetmələrdə çəki defisiti.
  • Yağların əriməsini gücləndirmək və bədənin artıq çəkisini azaltmaq məqsədi ilə.
  • Boy inkişafının ləngiməsi zamanı.
  • İntensiv fiziki yükləmələr zamanı əzələ aktivliyini artırmaq məqsədilə.
  • Onkoloji xəstəliklərin müalicə və profilaktikası (kimya- və radioterapiya zamanı).
  • Psoriaz.

 

İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI SİLKƏLƏNMƏLİDİR.

İstifadə qaydası və dozalanma: 

Profilaktik məqsədlə: 4 yaşa qədər həkim məsləhəti ilə4-14 yaş 2 ml gündə 1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 1 dəfə.

Əks göstərişlər: 

Tərkibindəki komponentlərdən hər hansı birinə yüksək həssaslıq.

Buraxılış forması:

LEGAM 150 ml sirop şüşə flakon.     

İstehsalçı; 

Zeyus İlac, Türkiyə.

Legam sirop nə üçündür?

  1. Kəllə-beyin və digər travmalar
  2. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  3. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  4. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow