Ən zərərli və təhlükəli giləmeyvədir: Biz onu hər gün yeyirik...

Jun 23, 2025 - 13:55
 0
Ən zərərli və təhlükəli giləmeyvədir: Biz onu hər gün yeyirik...
Ən zərərli və təhlükəli giləmeyvədir: Biz onu hər gün yeyirik...

Əsrlər boyu faydalı məhsul kimi tanınan üzüm bu dəfə mübahisələrin mərkəzindədir. 

Doktorm.az xəbər verir ki, qastroenteroloq Dariya Utyumova onun ən zərərli giləmeyvələrdən biri ola biləcəyini bildirib. 

100 qram üzümdə 16 qram qlükoza mövcuddur. Bu, xüsusilə şəkərli diabet və qaraciyər sirrozu olan şəxslər üçün təhlükəlidir. Şəkərin səviyyəsini kəskin artıraraq orqanizmə əlavə yük salır.

Tərkibindəki yüksək miqdarda C vitamini bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Üzüm mədə şirəsini aktivləşdirir. Bu isə qastrit və ya mədə xorası kimi xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Üzüm zərərli sayılsa da, tamamilə qadağan olunmur. Əksinə, sağlam insanlar üçün bir çox faydası mövcuddur:

Güclü antioksidantlar – hüceyrə yaşlanmasını ləngidir

Kalium – ürək fəaliyyətinə dəstək verir

B qrupu vitaminləri – sinir sistemini qoruyur

Qaraciyər xəstəlikləri olanlar – istifadəni məhdudlaşdırmalı və ya alternativlər seçməlidir, mədə-bağırsaq problemi olanlar – kəskin mərhələlərdə qəti qadağandır

Üzüm "ən zərərli giləmeyvə" hesab edilə bilməz, lakin onu hər kəs üçün faydalı qida kimi təqdim etmək də düzgün deyil. Sağlam insanlar rahatlıqla istifadə edə bilər, lakin xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün ehtiyatla yanaşmaq vacibdir. Əmin deyilsinizsə, mütləq həkimlə məsləhətləşin./news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow