Diklopar iynə nə üçündür?

Diklopar iynə - Travmatik ağrılarda, oynaq və əzələ ağrılarında, baş, diş və qulaq ağrılarında, artrit zamanı istifadə olunan preparatdır.

Sep 24, 2024 - 06:45
Sep 24, 2024 - 06:41
 0
Diklopar iynə nə üçündür?
Diklopar iynə

Diklopar iynə haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Diklopar iynə qiyməti

Diklopar 75 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Diklopar iynə qiyməti 5 azn - 7 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Diklopar qiyməti -ni öyrənərək əldə edəsiniz.

Tərkibi:

3 ml inyeksiya məhlulunda 75 mq diklofenak-natrium vardır.

 

Farmakoterapevtik qrupu:

Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP).

 

Farmakoloji təsiri:

Diklopar - qeyri-steroid quruluşlu iltihabəleyhinə preparatdır. İltihab əleyhinə,  ağrıkəsici və qızdırmasalıcı xüsusiyyətlərə malikdir. İn vitro diklofenak prostaqlandinsintetazanı blokadaya alır, həmçinin trombositlərin aqreqasiyasını ləngidir. Siklooksigenazanı, araxidon zəncirinin reaksiyalarını tormozlayır və PQE2, PQF2alfa, tromboksan A2, prostasiklinin, leykotrienlərin sintezini və lizosomal fermentlərin xaric olmasını pozur. Trombositlərin aqreqasiyasını tormozlayırır; uzun müddət istifadə etdikdə desensibilizəedici təsir göstərir. Dayaq-hərəkət aparatı xəstəliklərinin müalicə müddətində preparat oynaq boşluqlarına yaxşı keçir, sakitlik və hərəkət zamanı baş verən oynaq ağrılarını yüngülləşdirir, hərəkət həcmini bərpa edir, oynaqlarda səhər məhdudiyyətini və ödemi azaldır. Əməliyyat və travmalardan sonra iltihabi proseslər zamanı spontan və hərəkət vaxtı yaranan ağrını yüngülləşdirir, yara nahiyəsində iltihablı ödemi azaldır. Kurs müalicə alan poliartritli xəstələrdə sinovial mayedə və sinovial qişadakı konsentrasiyalar qan plazmasında olduğundan çoxdur. İltihabəleyhinə təsiri asetilsalisil turşusuna, butadiona, ibuprofenə nisbətən daha güclüdür; indometasinlə müqayisədə daha güclü kliniki effekti var və xəstələr tərəfindən yaxşı qəbul olunması haqqında məlumatlar var.  Revmatizm və Bexterev xəstəliyi zamanı prednizolona bərabərdir.

 

Göstərişləri:

  • Dayaq-hərəkət aparatının xəstəlikləri (revmatoid artrit, artrozlar, podaqrik artrit, bursopatiyalar, enteropatiyalar, deformasiyaedici osteoartroz, sinovitlər və tendosinovitlər, mialgiyalar, miozitlər);
  • Onurğa sütunun xəstəlikləri (Bexterev xəstəliyi, koksartroz, ankilozlaşdırıcı spondilit, spondilyoz, işias, osteoxondroz, bel-oma düyününün zədələnməsi, radikulitlər);
  • Revmatizm;
  • Nevroloji xəstəliklər (nevritlər və nevralgiyalar, miqren tutmaları);
  • Travmadan sonrakı ağrılar (sınıqlar, dartılmalar, çıxıqlar, əzilmələr);
  • Əməliyyatdan sonrakı ağrılar (tonzilektomiyadan, qarın boşluğu orqanlarında aparılan əməliyyatdan, dişlərin çıxarılmasından sonra);
  • Menstrual ağrılar (alqodismenoreya). Yumurtalıqların iltihabı (salpinqit və ooforit), uşaqlığın, uşaqlıq yolunun, vulvanın iltihabi xəstəlikləri (patogenetik müalicə);
  • Böyrək və qaraciyər kolikası;
  • LOR-orqanları xəstəliklərinin patogenetik müalicəsi (orta otit, kəskin faringit, kəskin tonzillit (angina), sinusitlər, haymorit);
  • Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarının patogenetik müalicəsi;
  • Görmə orqanlarının xəstəlikləri (blefarokonyunktivit, konyunktivit, keratokonyunktivit, buynuzlu qişanın zədələnməsi, gözün və hədəqələrin travması). 

 

Əks göstərişləri:

Diklofenaka və preparatın digər komponentlərinə və ya başqa qeyri-steroid iltihab-əleyhinə vasitələrə qarşı yüksək həssaslıq; mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi; bağırsağın destruktiv-iltihabi xəstəliyi, kəskinləşmə fazasında;  qanyaranmanın və ya qanın pozğunluqları; “aspirin” bronxial astması; porfiriya; hamiləliyin son trimestri, laktasiya dövrü; 14 yaşa qədər uşaqlar; qaraciyər və böyrək çatışmazlığı.

 

İstifadə qaydası və dozası:

Əzələdaxili inyeksiyalar. 1 ampulun möhtəviyyatı gündə 1 dəfə dərin əzələdaxili yeridilir (dəri altına və şırınqa üsulu ilə vena daxilinə yeritmək olmaz). Ağır hallarda gündəlik doza gündə 2 ampula qədər artırılır (hər inyeksiya ayrı-ayrı yerlərə) inyeksiyalar arasında 6 saatlıq interval saxlanılır. Maksimal gündəlik doza 150 mq-ı keçməməlidir.

 

Buraxılış forması: 

3 ml rəngsiz, şəffaf, mexaniki qarışıqlardan azad inyeksiya məhlulu, ampullarda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

 

İstehsalçı:

Deva, Türkiyə.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.

Diklopar iynə nə üçündür?

  1. Travmatik ağrılarda istifadə olunan dərmanlar
  2. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
  3. Baş, diş və qulaq ağrılarında istifadə olunan dərmanlar
  4. Artrit zamanı istifadə olunan dərmanlar
  5. Sınıqlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow