Diamet 500

Diamet 500 - Diabet xəstəliklərinin müalicə və profilaktikası zamanı istifadə olunan preparatdır.

Aug 6, 2024 - 07:04
Aug 6, 2024 - 07:11
 0
Diamet 500
Diamet 500

Diamet 500 haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Diamet 500 qiyməti

Diamet 500 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Diamet 500 qiyməti 6 azn - 8 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Diamet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • Qlibenklamid ----- 5 mq
  • Metformin -------- 500 mq

Xüsusiyyətləri

Diamet 500 müxtəlif farmakoloji qrupdan olan iki hipoqlikenik vasitənin kombinasiyasından ibarət peroral preparatdır.

Qlibenklamid II nəsil sulfonilsidik cövhəri törəmələri qrupuna aiddir. Qlibenklamidin qəbulu zamanı mədəaltı vəzin β-hüceyrələrinin deqranulyasiyası baş verir ki, bu da insulinin reseptorlarının piy, skelet əzələləri və qaraciyər toxumasında miqdarını artırır. Nəticədə insulin sekresiyasının artması qanda qlükozanın miqdarının azalmasına səbəb olur.

Metformin biquanidlər qrupuna aid olub, qan plazmasında həm bazal, həm də postprandial qlükozanın miqdarını azaldır. Metforminin təsir mexanizmləri aşağıdakı kimdir:
• Qlükoneogenezi və qlikogenolizi inhibə etməsi hesabına qaraciyər tərəfindən qlükozanın yaranmasını azaldır;
• Periferik reseptorların insulinə qarşı həssaslığını yüksəldir, əzələlərdə hüceyrələr tərəfindən istifadəsini və utilizasiyasını artırır;
• Mədə-bağırsaq traktından (MBT) qlükozanın sorulmasını ləngidir.
• Metformin, həmçinin, ümumi xolesterinin, ASLP və TQ səviyyəsini azaltmaqla, qanın lipid tərkibinə müsbət təsir göstərərək aterosklerozun qarşısını alır və kardioprotektiv effekt göstərir. Analoqu olan Fenformindən fərqli olaraq laktoasidoz yaratmır.

Metformin və qlibenklamid müxtəlif təsir mexanizmlərinə malik olsalar da, bir-birinin hipoqlikemik aktivliyini qarşılqılı olaraq tamamlayır. İki hipoqlikemik vasitənin kombinasiyası qlükoza miqdarının azaldılması baxımından sinergik effektə malikdir.

İstifadə qaydası

1 tablet gündə 1 dəfə

Aptekdən buraxılma şərti

Reseptli

Göstərişləri

  • 2-ci tip (insulindən asılı olmayan), stabil və yaxşı nəzarət olunan qlikemiya səviyyəsi olan şəkərli diabeti olan xəstələrdə
  • Pəhriz terapiyası, fiziki məşqlər və Metformin və ya Qlibenklamid ilə əvvəlki monoterapiyanın qeyri-effektivliyi zamanı əvvəlki terapiyanın əvəz olunması üçün.

Diamet 500 nə üçündür?

  • Diabet xəstəliklərinin müalicə və profilaktikası zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.

  1. diamet
  2. diamet 500
  3. diamet 500 mg
  4. diamet tab
  5. diamet tablet

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow