ÇAYTİKANI YAĞI
Çaytikanı yağı dəridə və selikli qişalarda reparativ prosesləri stimullaşdırır, zədələnmiş toxumaların sağalmasını sürətləndirir, iltihabəleyhinə təsir göstərir.

ÇAYTİKANI YAĞI Eyniləşdirmə və təsnifat
Dərman forması
Rektal suppozitoriyalar
- ÇAYTİKANI YAĞI Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- ÇAYTİKANI YAĞI Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- İstifadəsinə göstərişlər
- ÇAYTİKANI YAĞI Əks göstərişlər
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- ÇAYTİKANI YAĞI İstifadə qaydası və dozası
- Doza həddinin aşılması
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- ÇAYTİKANI YAĞI Qiyməti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Buraxılış forması
Rektal suppozitoriyalar 500 mq.
5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırlır.
ÇAYTİKANI YAĞI Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 500 mq murdarçaşəkilli çaytikanı meyvəsinin yağı (400 mq%-1,2 mq betakarotin hesabı ilə tərkibində karotinoidlər olan 300 mq çaytikanı yağı konsentratı hesabı ilə) vardır.
Köməkçi maddələr: günəbaxan yağı, butilhidroksianizol, butilhidroksitoluol,qliserol monostearat, bərk yağ (H 15, W 35 markalı Vitepsol, NA 15, NAS 50 markalı Supposir).
Təsviri
Narıncı rəngdən tünd narıncı rəngdə qədər, torpedoyabənzər suppozitoriyalardır. Kəsikdə hava boşluğunun və qıfabənzər dərinliyin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Babasilin müalicəsi üçün bitki tərkibli vasitə.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Çaytikanı yağı dəridə və selikli qişalarda reparativ prosesləri stimullaşdırır, zədələnmiş toxumaların sağalmasını sürətləndirir, iltihabəleyhinə təsir göstərir.
- Antioksidant və sitoprotektor təsir göstərir (yağda həll olan bioantioksidantların hesabına sərbəstradikallı proseslərin intensivliyini azaldır və hüceyrə və subhüceyrə membranını zədələnmədən qoruyur).
İstifadəsinə göstərişlər
Babasil, anal çat, düz bağırsağın eroziv-xoralı zədələnməsi (o cümlədən, eroziv-xoralı sfinkterit və proktit), kataral və atrofik proktit, yoğun bağırsağın aşağı şöbəsinin selikli qişasının şüa zədələnməsi.
ÇAYTİKANI YAĞI Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, diareya.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olduğu halda mümkündür. Həkimlə məsləhətləşmək vacibdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın yüksək diqqət və sürətli psixomotor reaksiya sürəti tələb edən potensial təhlükəli fəaliyyət növlərilə (nəqliyyat vasitələrini idarə etmək, hərəkətli mexanizmlərlə işləmək) məşğul olmaq qabiliyyətinə təsiri barədə məlumat yoxdur.
ÇAYTİKANI YAĞI İstifadə qaydası və dozası
Rektal istifadə edilir. Bağırsağın boşalmasından sonra düz bağırsağa dərinə yeridilir.
Böyüklər və 14 yaşdan yuxarı uşaqlara gündə 2 dəfə 1 suppozitoriya təyin edilir. Müalicə kursunun müddəti 10-15 gün təşkil edir. Ehtiyac olduqda, həkimlə məsləhətləşdikdən sonra müalicə kursu 4-6 həftədən sonra təkrarlanır.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeyd edilməmişdir.
Əlavə təsirləri
- Allergik reaksiyalar, anus nahiyəsində yanma hissi.
- İçlik vərəqədə sadalanan əlavə təsirlər kəskinləşdikdə və ya pasiyent istənilən digər əlavə təsir aşkar etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Saxlanma şəraiti
15°С temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
1 il 6 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
ÇAYTİKANI YAĞI Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






