Bu xəstəlik uşaqları saatlar içində öldürür - Necə qoruyaq?

Apr 23, 2025 - 08:15
 0
Bu xəstəlik uşaqları saatlar içində öldürür - Necə qoruyaq?
Bu xəstəlik uşaqları saatlar içində öldürür - Necə qoruyaq?

Menengit (beyin və onurğa beynini əhatə edən qişaların iltihabı) - uşaqlar arasında yayılan ən təhlükəli yoluxucu xəstəliklərdən biri olaraq bilinir.

Doktorm.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu xəstəlik sürətlə inkişaf edir və bir neçə saat ərzində həyat üçün ciddi risk yarada bilir.

Medipol Sağlamlıq Qrupundan Uşaq Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Ahmet Güzel bildirir ki, bakterial menengit xüsusilə yaz və payız aylarında yayılır və erkən diaqnoz qoyulmazsa, ölümcül ola bilər: "Uşaqlarda baş ağrısı, boyun tutulması, yüksək hərarət, qıcolma və işığa həssaslıq kimi simptomlara diqqət etmək vacibdir. Körpələrdə isə əmmə problemi, davamlı ağlama və fontanel şişkinliyi müşahidə edilə bilər" .

Dr. Güzel həmçinin ictimai yerlərdə - məktəblərdə, oyun meydançalarında və bağçalarda - uşaqların gigiyena qaydalarına əməl etməsinin vacibliyini vurğulayır:

"Qələm, silgi kimi əşyaların paylaşılması, ağıza salınması infeksiyanın yayılmasını sürətləndirir."

Mütəxəssislərin fikrincə, menengitin qarşısını almağın ən effektiv yolu vaxtında vurulan peyvəndlərdir. Prof. Dr. Güzel qeyd edir: "Peyvənd menengitə qarşı əlimizdəki ən güclü qoruyucu vasitədir. Valideynlər bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdır"/milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow