Alimlər qəfil ürək dayanması üçün əsas risk faktorlarını açıqladı

Apr 29, 2025 - 18:44
 0
Alimlər qəfil ürək dayanması üçün əsas risk faktorlarını açıqladı
Alimlər qəfil ürək dayanması üçün əsas risk faktorlarını açıqladı

Fudan Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qəfil ürək dayanması (SCA) hallarının 63 faizə qədərinin qarşısını həyat tərzi və ətraf mühit şəraitini dəyişdirməklə almaq olar.

Doktorm.az xəbər verir ki, məqalı "Canadian Journal of Cardiology" jurnalında dərc olunub.

SCA ölümün əsas səbəblərindən biridir və gözlənilməzliyinə görə xüsusilə təhlükəlidir, ona görə də onun qarşısının alınması aktual məsələ olaraq qalır. Alimlər yarım milyondan çox insanın məlumatlarını təhlil edib və SCA riskinə təsir edən 56 amili müəyyənləşdiriblər. Qidalanma, emosional vəziyyət, təhsil səviyyəsi, gəlir və ekologiya mühüm əhəmiyyət kəsb edir. Məsələn, müntəzəm meyvə istehlakı, sabit əhval-ruhiyyə və qan təzyiqinə nəzarət ürək tutması ehtimalını azaldır.

Müəlliflərin fikrincə, mənfi amillərin hətta üçdə birinin də aradan qaldırılması SCA-nın tezliyini 40 faiz azaltmağa kömək edir və daha ciddi dəyişikliklər bu riski 60 faizdən çox azalda bilər.

Tədqiqatın aparıcı müəllifi Huihuan Luo qeyd edib ki, həyat tərzi profilaktikada əsas rol oynayır və hətta kiçik dəyişikliklər də əhəmiyyətli təsir göstərə bilər. /baku.ws


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow