Bel ağrılarını kəsən TƏBİİ ÜSULLAR

Apr 29, 2025 - 18:26
 0
Bel ağrılarını kəsən TƏBİİ ÜSULLAR
Bel ağrılarını kəsən TƏBİİ ÜSULLAR

Bel ağrısı onurğada yaranan narahatlıqların və xəstəliklərin yan təsiri olaraq qarşımıza çıxa bilər. Eyni zamanda gün ərzində yanlış hərəkətlər etmək, ağır işlərdə çalışmaq və düzgün olmayan vəziyyətdə yatmaq kimi səbəblərlə də bel ağrısı ortaya çıxa bilər. 

Doktorm.az xəbər verir ki, saatlarla, hətta günlərlə bel ağrısı ilə mübarizə aparmaq istəməyənlər üçün sağlamlıq tövsiyələri içində bel ağrısından qurtulmanın əsas üsulu sayılan təbii metodlar bunlardır:

1. Lavanda yağı ilə masaj: Lavanda yağının sakitləşdirici və əzələləri boşaldıcı təsiri vardır. Bel nahiyəsində yaranan ağrılardan xilas olmaq üçün lavanda yağını zeytun yağı ilə qarışdıraraq bel bölgəsinə masaj edə bilərsiniz.

2. Zəncəfil və sarıkök: Zəncəfil və sarıkök iltihab əleyhinə təsirə malikdir. Bel bölgəsində iltihab səbəbindən yaranan ağrıları azaltmaq üçün bu iki möcüzəvi bitkidən bitki çayı hazırlaya bilərsiniz. Zəncəfil və sarıkökdən hazırlanmış bitki çayını gündə 1-2 fincan içmək ağrıları yüngülləşdirməyə kömək edəcəkdir.

3. Nanə təsirli məlhəmlər: Nanə yağı və ya acı bibərdə olan kapsaisin maddəsi ilə zəngin məlhəmlərdən istifadə bel ağrısının azaldılmasına kömək edir. Kapsaisin ağrı siqnallarını müvəqqəti olaraq zəiflədər, nanə isə soyuducu və rahatladıcı təsiri ilə ağrını azaldar.

4. İsti və soyuq kompres: Bel ağrısı ilk meydana gəldikdə, 48 saat ərzində isti-soyuq kompres tətbiq etmək ağrını azaltmağa kömək edər. İlk 48 saat ərzində edilən soyuq kompres – yəni buz torbası tətbiqi – şişkinliyi azaldır. Ardınca isidilmiş dəsmalı ağrılı bölgəyə qoyduqda əzələlər boşalır və qan dövranı artır. Bu üsulla ağrını yüngülləşdirə bilərsiniz./news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow