Biokal (Biocal) tablet nə üçündür?

Biokal (Biocal) - Vitamin və mineral çatışmamazlığı zamanı, qidalanma pozğunluğu zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Oct 1, 2024 - 16:27
Oct 1, 2024 - 16:28
 0
Biokal (Biocal) tablet nə üçündür?
Biokal (Biocal)

Biokal haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Biokal qiyməti

Biocal qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Biokal qiyməti 23 azn - 26 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Biocal tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

BIOCAL tablet

İstifadə üçün təlimat

Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir.

BIOCAL tablet

Tərkibi (hər 1 tabletdə):

Əsas maddələr: Kalsium (Kalsium Sitrat şəklində) 750 mq, Maqnezium (Maqnezium Sitrat şəklində) 100 mq, Sink (Sink Qlükonat şəklində) 10 mq, Vitamin K 30 mkq, Vitamin D 200 BV.

Köməkçi maddələr: Mikrokristallik sellüloza, Dikalsium fosfat, Polivinilpirrolidon K30, Natrium kroskarmelloza, Maqnezium stearat, .

Əks göstərişlər və əlavə təsirlər: 

Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmur. Hamilə və laktasiya dövründə həkimin məsləhəti olmadan qəbul edilmir.

İstifadə qaydası və dozası: 

14 yaşdan yuxarı uşaqlara və böyüklərə  gün ərzində 1 tablet gündə 3 dəfə tövsiyə olunur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Buraxılış forması: 

Şüşə flakonda 60 ədəd tablet.

Saxlanma şəraiti: 

Otaq temperaturda, quru, işiqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti: 

3 il

İstifadə sahəsi və əsas göstərişlər: 

BİOCAL dayaq hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsidir. Biocal tabletləri normal qidalanmanı əvəz etmir. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

İstehsalçı: 

AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti.

Ünvan: Tepeören Mahallesi Karadağ küç.
Gurme Carrefoursa Apt. No 7/1 Tuzla/İstanbul
[email protected]
Mərkəz ofis: AD MEDLİNE İNTERNATİONAL LTD
Barneveldseweg 13, Lantern, 6741 LH, Hollandiya
[email protected]
Tel.: +3162-136-45-93

Biokal nə üçündür?

  1. Vitamin və mineral çatışmamazlığı
  2. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  3. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow