Endofol tabletka haqqında məlumat

Endofol - Vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı, qidalanma pozğunluğu zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Oct 1, 2024 - 16:41
 0
Endofol tabletka haqqında məlumat
Endofol

Endofol haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Endofol qiyməti

Endofol tabletka qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Endofol qiyməti 21 azn - 24 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Endofol tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

L-Metilfolat (Vitamin B9) – 400 mkq
Metilkobalamin (Vitamin B12) – 9 mkq
Piridoksal – 5 – fosfat (Vitamin B6) – 5 mq
L-Metilfolat (Vitamin B9)- Folatlar insan orqanizmində bütün hüceyrələrin fizioloji bölünməsini və normal böyüməsini təmin edən əsas metabolik proseslərdə iştirak edir. Beləliklə, folatlar qanda homosistein amin turşusunun konsentrasiyasını tənzimləyir, bu da həddindən artıq olduqda damarların divarlarını zədələyir və aterosklerozun yaranmasına səbəb olur. Folat çatışmazlığı sümük iliyinə də mənfi təsir göstərir , anemiyaya səbəb olur. Folat səviyyəsi hamiləlik planlaşdıran bütün qadınlar üçün xüsusilə vacibdir və bu vitamin hamiləliyi planlamadan bir neçə ay əvvəl qəbulu məsləhət görülür. Bu, fetal sinir borusunun meydana gəlməsində iştirak edən folatların qoruyucu səviyyəsini bərpa etmək üçün vaxt lazımdır – bundan sonra uşağın onurğa beyni və beyni inkişaf edəcək.
Fol turşusu çatışmazlığı infarkt, insult, onkologiya, anemiyaya səbəb ola bilər. Sinir sistemindəki neyromediatrların balansı üçün fol turşusu vacibdir. Noradrenalin – gumrahlığı, serotonin isə sağlam yuxu və əhval – ruhiyyə yaradır. Folat çatışmazlığı dəri problemləri, selikli qişalarda xoralar, həzm pozğunluqları və tez – tez bağırsaq infeksiyaları kimi də özünü göstərir.
Metilkobalamin – B12 vitamininin aktiv və yüksək dərəcədə sorulan koenzim formasıdır, hansı ki homosistein mübadiləsində birbaşa iştirak edir. Vitamin B12 qırmızı qan hüceyrələrinin normal formalaşmasına, sinir və immunitet sisteminin güclənməsinə və normal enerji mübadiləsində iştirak edir.
Piridoksal – 5 – fosfat (Vitamin B6) – 100-dən çox fermentativ metabolik reaksiyalarda iştirak edir. Uşaqlarda sinir sisteminin formalaşmasında və inkişafında mühüm rol oynayır, immun sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Həmçinin Vitamin B6 qanyaranma prosesində iştirak edir, eritrositlərin, hemoqlobinin sintezində iştirak edərək anemiyanın qarşısını alır.

İstehsalçı ölkə

Türkiyə

İstifadə qaydası :

1 tabletdən gündə 1 dəfə yeməkdən sonra dilaltı.

Endofol nə üçündür?

  1. Vitamin və mineral çatışmamazlığı
  2. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  3. Anemiya zamanı istifadə olunan dərmanlar
  4. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow