Bakıda həkim HƏBS EDİLDİ

Feb 20, 2025 - 15:24
 0
Bakıda həkim HƏBS EDİLDİ
Bakıda həkim HƏBS EDİLDİ

Bakıda həkim inzibati qaydada həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Qaradağ rayonu 20 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt işləyən 1998-ci il təvəllüdlü E.Babayev xuliqanlıq əməli ilə bağlı polis tərəfindən saxlanılıb.

Onun hərəkətləri şübhə doğurduğundan müayinəyə göndərilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində ambulator məcburi n*rkoloji tibbi yoxlamadan keçirilən həkimdən götürülən nümunədə THC (+) aşkar olunub. Həmçinin rəydə həkimdə n*rkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, n*rkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd edilib.

E.Babayev barəsində inzibati protokol tərtib edilib. O, Binəqədi Rayon Məhkəməsinə göndərilib. Saxlanılan şəxs ifadəsində n*rkotik vasitə olan m*rixuanadan 31 dekabr 2024-cü il tarixdə istifadə etdiyini deyib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həkim-terapevtə 1 ay inzibati həbs cəzası verilib.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow