Qalmaqallı “şəfalanma” seansı haqda NAZİRLİKDƏN AÇIQLAMA

Feb 20, 2025 - 15:22
Feb 20, 2025 - 15:23
 0
Qalmaqallı “şəfalanma” seansı haqda NAZİRLİKDƏN AÇIQLAMA
Qalmaqallı “şəfalanma” seansı haqda NAZİRLİKDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda psixoloq və spiritual təlimçi kimi fəaliyyət göstərən Əfsanə Qasımlının bir neçə gün öncə “şəfalanma” adı ilə keçirdiyi seans böyük əks-səda doğurub. Ona inananlar olsa da, tənqid edərək haqqında müxtəlif iddialar səsləndirənlər, fəaliyyətini qanuni hesab etməyənlər də az deyil.

Yenisabah.az bu iddialara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb. AEM-dən sorğumuza cavab olaraq bildirilib ki, bu cür seans və fəaliyyətlər klinika daxilində olmadığı halda, Səhiyyə Nazirliyi tərəfindən tənzimlənmir:

“ “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 7 dekabr 2018-ci il tarixli Qanununa müvafiq olaraq psixoloji yardımın göstərilməsi psixoloji yardım göstərmək hüququ olan psixoloq və ya klinik (tibbi) psixoloqlar tərəfindən göstərilir.

Mülkiyyət növündən asılı olmayaraq tibb müəssisələrində psixoloji yardım klinik (tibbi) psixoloqlar tərəfindən həyata keçirilir. Klinik (tibbi) psixoloqlar tibb müəssisələrində psixoloji yardım göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almalıdırlar. Klinik psixoloji yardım göstərilməsi zamanı klinik (tibbi) psixoloq tərəfindən dərman preparatlarının təyini, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edilməsi qadağandır.

Tibb müəssisələrində psixoloji yardımın göstərilməsinə nəzarət tibb müəssisəsinin rəhbərliyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən həyata keçirilir.

“Psixoloji yardım haqqında” qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

Ölkədə fəaliyyət göstərən özəl psixoloji mərkəzlərin həyata keçirdikləri psixoloji ixtisas üzrə işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda olmadığı üçün Səhiyyə Nazirliyini və tabeliyində olan qurumlar tərəfindən nəzarət edilmir. Lakin belə psixoloji mərkəzlərdə hər hansı bir tibbi fəaliyyətin həyata keçirilməsinə dair fakta əsaslanan vətəndaş və yerli dövlət özünüidarəetmə orqanlarından daxil olan rəsmi müraciətlər olarsa, həmçinin də media tərəfindən yayımlanan real tibb fəaliyyətinə əsaslanan hallarda Səhiyyə Nazirliyi və tabeliyində olan aidiyyəti qurumlar tərəfindən qanunvericiliklə müəyyən olunan qaydada uyğun nəzarət tədbirlərinin həyata keçirilir.

O ki, qaldı hansısa fırıldaqçıların kütləvi fəaliyyətinə, bu faktların araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir”.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow