Yeni xəstəlik yayılır: uşaqları KOR EDİR

Çinli alimlər əvvəllər naməlum olan xəstəliyi - hiperkəskin xarici retinal disfunksiyanın (HORD) əlamətlərini təsvir ediblər.
Doktorm.az xəbər verir ii, uşaqlarda yüksək hərarətdən bir-iki həftə sonra inkişaf edən xəstəlik qəfil görmə itkisinə səbəb olur.
Araşdırmanın nəticələri "JAMA Ophthalmology" jurnalında dərc olunub.
HORD qəfil ikitərəfli korluğa, görmə sahəsinin daralmasına, rəng korluğuna və gecə korluğuna səbəb ola bilir.
Şiddətli simptomlara baxmayaraq, xəstələrin əksəriyyətində bir il ərzində görmə qabiliyyəti qismən bərpa edilib.
Elm adamları HORD zamanı antikorların retinaya hücum etdiyini irəli sürüblər. Lakin xəstəliyin dəqiq mexanizmi hələ də məlum deyil. /Publika.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






