Ata olmaq kişilərin beynini dəyişdirir?

Elmi jurnal Cerebral Cortex -də dərc olunan yeni bir araşdırma, atalığın kişilərin beynini dəyişdirdiyini ortaya çıxardı. Doktorm.az Avsat-a istinadən xəbər verir ki, ABŞ və İspaniyadan bir qrup elm adamı, uşağı olacaq 40 atada ilk körpələrinin doğumundan əvvəl və sonra beyin görüntüləmə araşdırmaları aparıb.
Araşdırmanın nəticələri:
-
Boz maddə dəyişikliyi: Araşdırmanın nəticələrinə görə, kişilərdə atalıqdan əvvəl və sonra boz maddədə azalma müşahidə edilib. Bu dəyişiklik qadınlarda baş verənlə müqayisədə daha yüngül olub.
-
Bağlanma və həssaslıq: Araşdırma göstərir ki, kişilərin beynində körpələri ilə bağ qurma və onların ehtiyaclarına həssaslıq göstərmə qabiliyyətini dəstəkləyən dəyişikliklər baş verir.
Bu araşdırma, atalığın kişilərin beyin strukturlarına təsirini və bu təsirin valideynlik prosesində hansı dəyişikliklərə yol açdığını daha dərindən anlamağa kömək edir.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






