Doyunca yatmaq tənhalıq hissini yox edir

Jul 24, 2024 - 05:31
Jul 24, 2024 - 05:32
 0
Doyunca yatmaq tənhalıq hissini yox edir
Doyunca yatmaq

2024 cü il Amerika Psixiatriya Birliyinin sorğusuna əsasən, hər üç nəfərdən biri həftədə ən az bir dəfə tənha olduğunu düşünür.  Lakin son zamanlarda aparılan bir araşdırma, rahat gecə yuxusunun tənhalıq hissini azaltmağa kömək etdiyini aşkarladı.

Doktorm.az HuffPost Life -a istinadən xəbər verir ki , ABŞ-lı alimlər tərəfindən aparılan bu araşdırma üçün iştirakçılar emosional və sosial tənhalıq hiss səviyyələrini və yuxu keyfiyyətlərini qiymətləndirən bir anket doldurublar. Nəticələr göstərdi ki, xüsusilə gənc yetkinlər arasında daha yaxşı keyfiyyətli yuxu ilə daha az tənhalıq hiss arasında güclü bir əlaqə var. Tədqiqatçılar emosional tənhalığı bir partnyorla yaxınlığın olmaması, sosial tənhalığı isə daha geniş bir sosial ətrafın olmaması kimi qiymətləndiriblər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow