Aquarino sprey istifadə qaydası necədir?

Aquarino sprey qrip zamanı, rinit, sinusit zamanı istifadə olunan preparatdır.

Oct 2, 2024 - 13:30
Oct 2, 2024 - 13:27
 0
Aquarino sprey istifadə qaydası necədir?
Aquarino sprey

Aquarino sprey haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Aquarino sprey qiyməti

Aquarino sprey qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Aquarino sprey qiyməti 6 azn - 8 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Aquarino qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Hipertonik məhlul olub,hər ml-ə daxildir:

  • Na ----------------------- 7,2-9,3mq/ml;
  • Mg ----------------------- 0,01-0,012mq/ml;
  • Ca ----------------------- 0,01-0,018mq/ml;
  • Cl ----------------------- 11,2-13,1mq/ml;
  • SO4 --------------------- 0,018-0,022mq/ml;
  • Təmizlənmiş su ------- 1ml-ə qədər

    Ümumi minerallıq: 18-23 mq/ml.

Xüsusiyyətləri

Aquarino sprey burun boşluğunda selikli qişanın ödemini aradan qaldıraraq kirpikli epitelinin fəaliyyətini normallaşdırır. Burun boşluğunun selikli qişasının iltihabını aradan qaldırır,burun boşluğunu və burun udlağını virus, bakteriya,allergen, selik və toz hissəciklərindən təmizləyir. Burun boşluğunda olan zədələrin regenerasiya prosesini sürətləndirir,nəmləndirici təsir göstərir, qicıqlanmanın qarşısını alır. Burun boşluğuna təyin olunmuş dərman vasitələrinin terapevtik effektivliyini artırır, normal fizioloji vəziyyətin bərpa olunmasına kömək edir,selikli qişanın qurumasının qarşısını alır və yerli immuniteti artırır.

İstifadə qaydası

  • 1-6 yaş uşaqlara 2-3 püskürtmə olmaqla gündə 3-4 dəfə burun boşluğuna
  • 6 yaş uşaqlar və böyüklərə 2-3 püskürtmə olmaqla 4-8 dəfə burun boşluğuna

Göstərişləri

  • Kəskin və xroniki rinit
  • Kəskin və xroniki sinusit
  • Kəskin və xroniki adenoidit
  • KRVİ və qripin kompleks müalicəsi
  • Burun tıxanıqlığı və quruluğu
  • Burun əməliyyatlarından sonrakı dövr
  • Burun balıqqulaqlarının hipertrofiyası və burunun selikli qişasının ödemi
  • Digər burun preparatlarının təsirini artırmaq məqsədilə həmin preparatların istifadəsindən öncə

Aquarino sprey nə üçündür?

  1. Qrip zamanı istifadə olunan dərmanlar
  2. Rinit, sinusit zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow