Ornofleks (Ornoflex) nə üçündür? tərkibi və qiyməti
Ornofleks (Ornoflex) - Osteoporoz zamanı istifadə olunan preparatdır. Daha ətraflı platformamıza daxil olaraq əldə edə bilərsiniz.

Ornofleks haqqında məlumat
Ornofleks qiyməti
Ornofleks toz qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ornofleks qiyməti 57 azn - 61 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ornoflex qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
TƏRKİBİ:
Hidrolizə olunmuş kollagen (Hydrolysed collagen) – 5000 mq
Qlükozamin Sulfat 2 KCl (Glucosamine sulphate 2KCI) – 500 mq
Xondroitin sulfat (Chondroitin sulphate) – 500 mq
Metilsulfonilmetan (MSM) (Methylsulfonylmethane (MSM)) – 400 mq
Şeytan caynağı ekstraktı Devil’s claw extract (Harpagophytum procumbens) – 50 mq
Bambuk ekstraktı (Adi bambuk (Bamboo extract (Bambusa vulgaris)) – 150 mq
Qatırquyruğu ekstraktı (Tarla qatırquyruğu) (Horsetail extract (Equisetum arvense)) – 100 mq
Vitamin C (Askorbin turşusu (Ascorbic Acid)) – 15 mq
Köməkçİ maddələr:
Limon dadlandırıcı (lemon flaovuring), limon turşusu (citric acid), sukraloza (sucralose), lesitin (lechitin).
Buraxılış forması:
Toz.
QABLAŞDIRMA FORMASI:
213 q toz, saşedə №30, karton qutu qablaşdırmada.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ QAYDALARI VƏ DOZA:
Böyüklər: 1 saşe gündə 1 dəfə.
Saşe 150 ml isti suda həll edilir və yeməkdən əvvəl daxilə qəbul olunur. TOZ TAM HƏLL OLUNANA QƏDƏR QARIŞDIRIN.
ƏKS GÖSTƏRİŞLƏRİ
Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya dövrü, 18 yaşa qədər şəxslər.
MƏLUMAT:
Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
YARARLILIQ MÜDDƏTİ:
3 il.
SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
MƏHSULUNUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
“ORNADO MEDICINE” LLP, Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Böyük Britaniya.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
“Sia Primea”, Latviya.
İSTEHSALÇININ ÜNVANI: Ventspils iela 48, Riga, LV-1002
Ornofleks nə üçündür?
Osteoporoz zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






