Serenzim

Serenzim preparatı haqqında bütün məlumatları platformamızdan əldə edə bilərsiniz

Jul 4, 2024 - 13:28
Jul 4, 2024 - 13:50
 0
Serenzim
Serenzim

Serenzim preparatı haqqında məlumatlar

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Serenzim tərkibi

1 DRcaps intestinal kapsulda:

  • Digezim (Digezyme)..................................50 mq:
  • Amilaza (Amylase).................................1200 BV
  • Lipaza (Lipase)...........................................50 BV
  • Proteaza (Protease)....................................300 BV
  • Sellülaza (Cellulase)....................................10 BV
  • Laktaza (Lactase)                                       200 BV
  • Pepsin (Pepsin)..........................................500 BV
  • Tripsin (Trypsin).....................................5000 BV
  • Ximotripsin (Chymotrypsin).................14400 BV
  • Serrapeptidaza (Serratiopeptidase)......10000 BV
  • Nattokinaza (Nattokinase)..........................59 FV
  • Bromelain (Bromelain)...............................75 mq
  • Papain (Papain)...........................................75 mq
  • Şüyüd ekstraktı (Anethum graveolens)......20 mq

Farmakoterapevtik qrupu

Həzm prosesini yaxşılaşdıran, multienzim preparat. Fibrinolitik, iltihab və ödem əleyhinə, antiaqreqant, regenerativ, hipolipidemik, immunomodulyator.

Farmakoloji xüsusiyyətləri

Serenzim nə üçündür?

Digezim - tibbdə yenilik olan, ABŞ-ın Sabinsa şirkətinin brend multienzim kompleksidir.

Digezim – 5 həzm fermentindən ibarət multienzim kompleksdir: amilaza, lipaza, proteaza, sellülaza, laktaza. Digezim sağlam həzmi və qidadan qida maddələrinin mənimsənilməsini təmin edir. Qida maddələrini orqanizmin asanlıqla həzm edə biləcəyi çox kiçik hissəciklərə parçalayır, həzmi yaxşılaşdırır. Digezim 5 həzm fermentlərinin qarışığı hesabına həzm fermentlərinin səviyyəsini bərpa edir, karbohidratların, laktozanın, sellüloza liflərinin, yağların və zülalların həzmini təmin edərək həzm sisteminin işini dəstəkləyir, minerallar və vitaminlər də daxil olmaqla qida maddələrinin mənimsənilməsini yaxşılaşdırır. Digezim mədə şirəsinə davamlıdır, sellüloza və laktoza dözümsüzlüyü olan insanlar, veganlar üçün uyğundur.

Amilaza– qidadakı mürəkkəb karbohidratları, nişastanı sadə karbohidratlara – oliqosaxaridlərə (dekstrinlərə və monosaxaridlərə) qədər parçalayan həzm fermentidir.

Lipaza– qidada olan yağ molekullarını hidroliz edərək, triqliseridlərə – qliserinə və yağ turşularına parçalamaqla, yağların həzm prosesində vacib rol oynayır, energetik mübadilədə, yarım doymamış yağ turşularının və həmçinin yağda həll olan  A, D, E, K vitaminlərinin mənimsənilməsində iştirak edir.
Proteaza–  zülalların aminturşulara qədər parçalanmasını təmin edir. Proteazlar, proteinazlar, proteolitik fermentlər - zülallardakı amin turşuları arasında peptid bağını parçalayan hidrolazlar sinfindən olan fermentlərdir.

Sellülaza - sellülozu - bitki liflərini parçalayan fermentdir, sellülozada beta (1,4)-qlikozid bağlarının hidrolizini kataliz edir, sellüloza molekulunu monosaxaridlərə (sadə şəkərlər), məsələn, beta-qlükoza və ya daha qısa polisaxaridlərə parçalayır.

Laktaza - süd şəkərinin – süddə olan laktozanı parçalayan fermentdir, laktozanın hidrolizi nəticəsində qalaktoza və qlükoza əmələ gəlir. Laktaza çatışmazlığı laktoza dözümsüzlüyünə səbəb olur.

Pepsin – zülalların aminturşulara çevrilməsində iştirak edən fermentdir. Pepsin hidrolizdən əvvəl zülalların dezaqreqasiyasını təmin edir və onu asanlaşdırır. Katalizator kimi proteaz və peptidaz təsirlərə malikdir.

Tripsin – endogen proteolitik fermentdir, zülalları və peptidləri parçalayır, həmçinin esteraz (mürəkkəb efirlərin hidrolizi) aktivliyə malikdir. Tripsin iltihab əleyhinə və ödem əleyhinə təsirlərə malikdir, nekroza çevrilən toxumaları seçici parçalama xüsusiyyətinə malikdir. Yaraların, yanıqların, trombozların müalicəsində digər fermentlərlə və antibiotiklərlə birgə istifadə olunur.

Ximotripsin - zülalları və peptonları hidroliz edir, amin turşuların (tirozin, triptofan, fenilalanin, metionin) qalıqları ilə əmələ gələn bağları parçalayır. Ximotripsin nekrotik toxumaları və fibrinoz birləşmələri parçalayır, sekresiyanı, eksudatları və qan laxtalarını əridərək durulaşdırır, iltihab əleyhinə təsir göstərir.                            

Serrapeptidaza (Serratia E-15 proteaz) - qeyri-patogen Serratia sp. E-15 enterobakteriyalardan istehsal olunan proteolitik ferment-proteazdır. Serratiopeptidaza Bombyx mori L. ipəkqurdunun bağırsağında mövcuddur və yaranan kəpənəyə baramalarını əritməsinə şərait yaradır. Fibrinolitik, iltihab əleyhinə və ödem əleyhinə təsirlər göstərir. İltihabi prosesi azaltmaqla yanaşı, iltihablı toxumalardan ağrının şiddətini azaldır. Serratiopeptidaza birbaşa kapilyarların dilatasiyasını (genişlənməsini) və bradikinin, histamin, serotoninin hidrolizi hesabına onların keçiriciliyini azaldır. Həmçinin plazmin inhibitorlarını bloklayaraq plazminin fibrinolitik aktivliyini artırır. İltihab ocaqlarına asan keçir, nekrotik toxumaları və onların çürümə məhsullarını parçalayır, hiperemiyanı azaldır, antibiotiklərin toxumalara keçməsini sürətləndirir və infeksiyalara qarşı aktivliyini artırır.

Nattokinaza - Bacillus subtillis ilə fermentasiya olmuş soya məhsulu-nattodan alınan fermentdir. Fibrinolitik aktivliyə malik təbii antikoaqulyantdır. Fibrinin (zülal, laxtalanmış qanın-məs. trombozda) əmələ gəlməsinə mane olan güclü fermentdir. Qanın realogiyasına müsbət təsir göstərir. Bu vacib təsirdir, çünki fibrin zülalının parçalanmasının pozulması tromb yaranma riskini artırır. Qanın laxtalanmasının artması ilə orqanizmdə qazların və maddələrin daşınmasında maneə yaranır. Tromboz ürəyin işemik xəstəliyinin, hipertansiyonun inkişafına səbəb olur, insult, infarkt və ağciyər emboliyasının riskinin artırır.

Bromelain – bitki mənşəli proteolitik fermentdir, ananas meyvələrindən alınır. Təsiri pepsinə və tripsinə oxşardır. Bromelain zülalları parcalayır və sorulmasına kömək edir, digər fermentlərin işini aktivləşdirir və həzm prosesini yaxşılaşdırır. Bağırsağın funksional aktivliyini artırır, mübadilə məhsullarını və toksiki maddələri orqanizmdən xaric edir. Bromelain yağların tez parçalanmasını təmin edir və onları orqanizmdən xaric edir, yağların və dərialtı piy depolarının yığılmasının qarşısını alır.

Papain – bitki mənşəli proteolitik fermentdir, papayanın tam yetişməmiş meyvəsinin şirəsindən alınır. Zülalları parçalayır, papainin təsiri həzm prosesində insan orqanizmində sintez olunan pepsin fermentinin təsirinə oxşardır, buna görə onu “bitki mənşəli pepsin” adlandırırlar. Əsas fərqləndirici xüsusiyyəti odur ki, zülalları pH-ın geniş diapazonda parçalamaq xüsusiyyətinə malikdir, yəni pepsindən fərqli olaraq papain təkcə turş  mühitdə aktiv deyil, həmçinin neytral və qələvi mühitdə də aktivdir (diapazon pH 3-12, optimum pH 5-8). Buna görə də papaini həm hipoasid, həm də hiperasid vəziyyətlərdə istifadə etmək olar.

Şüyüd ekstraktı  (Anethum graveolens) – tərkibində fenxol, kamfen, anetol, dipenten, alfa-pinen maddələri var. İltihab əleyhinə, spazmolitik, köp əleyhinə, antioksidant və hepatoprotektor xüsusiyyətlərə malikdir. Həzm sisteminin fəaliyyətini aktivləşdirir, ürəkbulanma, meteorizm və qəbizliyi aradan qaldırır. Tərkibindəki efir yağları orqanizmi şlak və toksinlərdən təmizləyir.

Serenzim-in tərkibinə daxil olan fermentlər nazik bağırsağın qələvi mühitində azad olur, çünki onlar mədə şirəsinin təsirindən qorunan və nazik bağırsaqda həll olan İsveçrənin Lonza şirkətinin xüsusi intestinal kapsulları - DRcaps®da qablaşdırılıb. Bağırsaqdan tez sorulur və qana keçdikdən dərhal sonra təsir göstərməyə başlayır. Preparatın maksimal fermentativ aktivliyi peroral qəbuldan sonra 30 dəq ərzində qeyd olunur.

İstifadəsinə göstərişləri

  • Mədəaltı vəzin ekzokrin funksiyasının çatışmazlığı zamanı yaranan xəstəliklərdə: xroniki pankreatit, kistik-fibroz (mukovissidoz)
  • Mədə-bağırsaq, qaraciyər, öd kisəsinin xroniki iltihabi-distrofik xəstəliklərində
  • Mədə və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlardan sonra
  • MBT orqanlarının rezeksiyasından sonra yaranan həzm pozğunluğu, meteorizm, diareyanın kompleks müalicəsində
  • Mədəaltı vəzin xərçəngində, həmçinin onkoloji xəstəliklərdə kimya terapiyası zamanı
  • Pankreatik və yaxud ümumi öd axarının obstruksiyası (məs:şiş nəticəsində)
  • Qarın boşluğu orqanlarının rentgenoloji və ultrasəs müayinəsinə hazırlıq dövründə
  • Qalxanvari vəzidə düyünlər və kistalar; Diabetik angiopatiyalar
  • Tromboz, ateroskleroz, tromboflebit, kardiovaskulyar patologiyalar
  • Yuxarı və aşagı tənəffüs yollarının kəskin infeksiyaları, xroniki bronxit, pnevmoniya, plevrit.
  • Dermatit, akne, iltihabi dəri xəstəlikləri
  • Müxtəlif lokalizasiyalı sidik çıxarıcı yolların infeksiyaları, sistit, uretrit, pielonefrit, kəskin və xroniki tubulointerstisial nefrit
  • Kişi cinsi orqanlarının infeksion xəstəlikləri: prostatit, orxit, epididimit.
  • Qadın kiçik çanaq orqanlarının müxtəlif mənşəli iltihabi xəstəlikləri: salpingit, ooforit, turboovarial abses
  • Diffuz kistoz mastopatiya
  • Müxtəlif mənşəli travmalar
  • Cərrahi praktikada yaranın və tikişlərin regenerasiyası, bitişmələrin (spaykalar) əridilməsi məqsədilə
  • Stomatologiya: stomatit, gingivit, periodontit, diş kökü kistaları

Serenzim dozalanması və istifadə qaydası

1 kapsul gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl bol maye ilə daxilə qəbul olunur. 

Xəstəliyin aktivlik və ağırlıq dərəcəsindən asılı olaraq doza və müalicə müddəti həkim tərəfindən tənzimlənə bilər.

Müalicə kursu: profilaktik məqsədlə 1-1,5 ay, müalicə məqsədilə 2-3 ay davam etdirilməsi məsləhət görülür.

Serenzim əks göstərişləri

Preparatın hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.

Əlavə təsirləri

Serenzim orqanizm tərəfindən yaxşı qəbul olunur, hətta uzunmüddətli, yüksək dozalarda qəbulu zamanı heç bir əlavə təsir müşahidə edilməmişdir. Nadir hallarda nəcisin konsistensiyasında və iyində dəyişikliklər, dəridə xırda səpgilər baş verə bilər.

Buraxılış forması

30 DRcaps intestinal kapsul

Serenzim qiyməti

Serenzim qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan serenzim qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə.

Aid olduğu kateqoriyalar

  1. Ferment çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
  2. Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow