Anzibel biyan dadlı
Anzibel biyan dadlı boğaz xəstəliklərində istifadə olunan preparatdır
![Anzibel biyan dadlı](https://doktorm.az/uploads/images/202407/image_870x_668aebf33c78d.webp)
Anzibel biyan dadlı dərman vasitəsinin istifadəsi üzrə təlimat
- Anzibel biyan dadlı tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri
- Anzibel biyan dadlı nə üçündür?
- İstifadəsinə göstərişlər
- Anzibel biyan dadlı əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- Anzibel biyan dadlı istifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Anzibel biyan dadlı qiyməti
- İstehsalçı
- Aid olduğu kateqoriyalar
Anzibel biyan dadlı tərkibi
Təsiredici maddələr: 1 pastilin tərkibində 5 mq xlorheksidin dihidroxlorid, 4 mq benzokain, 3 mq enoksolon vardır.
Köməkçi maddələr: sorbitol (Sorbidex S16606), kalium asesulfam, maqnezium stearat.
- Bal və limon dadlı: bal aromatizatoru, limon aromatizatoru.
- Mentol dadlı: mentol aromatizatoru.
- Biyan dadlı: biyan (Liquorice PF 1062).
- Exinaseya dadlı: exinaseya (Echinacea Herb. P.E.), lak idalakol qəhvəyi şokolad.
- Zəncəfil dadlı: zəncəfil tozu, titan dioksid, talk.
Təsviri
Anzibel– dairəvi, ikitərəfli qabarıq pastillərdir, bir tərəfi hamar, digərində isə Nobel emblemi həkk olunmuşdur. Sadə və mentol dadlı pastillər ağ rəngdə, bal-limon dadlı pastillər açıq fil sümüyü rəngdə, biyan və zəncəfil dadlı pastillər ağ-krem rəngdə, exinaseya dadlı pastillər isə qəhvəyi rəngdədir.
Farmakoterapevtik qrupu
Boğaz xəstəliklərində istifadə olunan preparatlar. Antiseptiklər.
ATC kodu: R02AA.
Farmakoloji xüsusiyyətləri
Anzibel biyan dadlı nə üçündür?
Farmakodinamikası
Anzibel tərkibində olan aktiv maddələr bir-birini tamamlayır: xlorheksidinin antiseptik təsiri, enoksolonun iltihabəleyhinə təsiri və benzokainin yerli anestetik təsiri orofarinqeal (ağız-udlaq) nahiyəsinin selikli qişasında qıcıqlanma səbəbindən yaranan narahatlığı aradan götürür.
Xlorheksidin aerob və anaerob, qram-mənfi və qram-müsbət bakteriyalara qarşı antiseptik təsirə malikdir.
O, aşağı konsentrasiyada bakteriostatik, yüksək konsentrasiyada isə bakterisid təsir göstərir.
Kation təbiəti ilə əlaqədar xlorheksidin törədici mikroorqanizmlərin bakterial hüceyrənin səthinə sıx bağlanılır və hüceyrə membrananı zədələyərək onun keçiriciliyini artırır.
Benzokain mürəkkəb efir tipli yerli anestetikdir. Benzokain anestetik təsirini neyron hüceyrələrin membranaların natrium ionlarına qarşı keçiriciliyini azaltma nəticəsində sinir impulslarının stimulyasıyasını və ötürülməsini blokadaya almaqla həyata keçirir.
Enoksolon selikli qişada iltihabəleyhinə təsir göstərir. Enoksolon, kortizolu inaktivləşdirən, 11βhidroksisteroid dehidrogenazanın güclü inhibitorudur, lakin qlükokortikosteroidlərə xas olan əlavə təsirlərə səbəb olmur.
Farmakokinetikası
Xlorheksidin mədə-bağırsaq sistemindən və ağız boşluğunda çox zəif sorulur.
Benzokain selikli qişalardan sistem qan dövranına çox az miqdarda sorulur. Benzokain mürəkkəb efir tipli anestetik olaraq, esterazaların təsirindən plazmada və daha az dərəcədə qaraciyərdə hidrolizə olunur. Əksər efir tipli anestetiklərin proteinlə birləşməsi aşağıdır.
Peroral qəbulu zamanı enoksolon mədə-bağırsağ sistemindən tədricən sorulur və çox zəif sistem təsirə malikdir.
İstifadəsinə göstərişlər
Anzibel ağız və udlaq nahiyəsinin yüngül infeksiyası və iltihabı zamanı yerli müvəqqəti simptomatik müalicə üçün istifadə olunur.
Anzibel biyan dadlı əks göstərişlər
Anzibel pastillərinin tərkibinə daxil olan hər hansı bir maddəyə və ya anesteziyaedici mürəkkəb efir törəmələrinə qarşı yüksək həssaslığı olan xəstələr bu preparatı istifadə etməməlidirlər.
Fenilketonuriyası olan xəstələr istifadə etməməlidirlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Nəzərə alınmalıdır ki, preparatın tərkibində benzokain var, bu da dopinq testdə müsbət nəticə alınmasına səbəb ola bilər.
Preparatın tərkibində şirinləşdirici vasitə kimi sorbitol var. Fruktozaya qarşı irsi həssaslığı olan xəstələr Anzibel preparatını istifadə etməməlidirlər.
Preparatın tərkibində şirinləşdirici kimi asesulfam kalium var. Böyrək funksiyalarının zəifləməsi və ya nəzarət olunan kalium pəhrizinə riayət edən xəstələr bunu nəzərə almalıdırlar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Anzibel tərkibində antiseptik maddə olan digər preparatlar ilə birgə istifadə olunmamalıdır.
Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, enoksolonun hidrokortizonla birgə istifadəsi zamanı dəridə sonuncunun aktivliyi artır.
Xolinesterazanın inhibitorları benzokainin və digər yerli anestetiklərin metabolizmini inhibə edərək sistem toksikliyin yaranma riskini artırır.
Benzokainin metabolitləri sulfanilamid preparatların antibakterial təsirinə antaqonist təsir göstərə bilərlər.
Bentiromid istifadəsi ilə mədəaltı vəzinin funksiyasını müəyyənləşdirən testin aparılmasından ən azı 3 gün əvvəl müalicənin dayandırılması tövsiyə olunur, çünki, benzokain alınacaq nəticələrə təsir edə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Anzibel pastillərin istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri məlum deyil.
Anzibel biyan dadlı istifadə qaydası və dozası
- Böyüklər və 12 yaşdan yuxarı uşaqlarda məsləhət görülən doza
- Bir pastili 2-3 saat interval ilə ağızda tam həll olana qədər, asta sormaq lazımdır. Maksimal gündəlik doza 8 pastil təşkil edir.
- 6-12 yaş arası uşaqlarda məsləhət görülən doza
- Bir pastili 4-5 saat interval ilə ağızda tam həll olana qədər, asta sormaq lazımdır. Maksimal gündəlik doza 6 pastil təşkil edir.
- Pastilləri çeynəməyin və ya bütöv udmayın. Pastillər ağız boşluğunda tədricən əriməlidirlər.
- Simptomların ağırlaşması və ya iki gündən artıq davam etməsi halında həkim konsultasiyasına ehtiyac var.
Əlavə təsirləri
- Nadir hallarda ümumi allergik reaksiyalar və həzm sistemində narahatlıqlar əmələ gələ bilər.
- Yüksək dozada və ya xroniki istifadəsi zamanı ödem və hipertoniya halları müşahidə oluna bilər.
- Diş ərpi olan xəstələrdə dişlərin müvəqqəti yüngül piqmentasiyasına səbəb ola bilər. Nadir hallarda disgevziya (dadbilmə dəyişməsi) baş verə bilər, lakin bu hal tədricən müalicənin davamında yox olur.
DƏRMAN QƏBULU ZAMANI GÖZLƏNİLMƏZ REAKSİYALAR YARANDIQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!
Doza həddinin aşması
Tövsiyə olunan dozaya riayət olunduqda doza həddinin aşılması ehtimalı yoxdur.
Buraxılış forması
Sadə, mentol, bal-limon, biyan, exinaseya və zəncəfil dadlı Anzibel® pastilləri ağ qeyri-şəffaf PVC-PE-PVDC/Al folqalı blisterlərdə. 2 pastil (1 blister), 10 pastil (1 blister), 20 pastil (2 blister) və ya 30 pastil (3 blister) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C-dən aşağı temperaturda orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il (biyan, exinaseya, zəncəfil dadlı Anzibel).
3 il (sadə, mentol, bal-limon dadlı Anzibel).
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Anzibel biyan dadlı qiyməti
Anzibel biyan dadlı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Anzibel biyan dadlı qiyməti 5 azn - 7 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Anzibel biyan dadlı qiyməti-ni öyrənərək əldə edəsiniz.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 Düzce/Türkiye.
Lisenziya sahibi
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Ümraniye 34768 İstanbul/Türkiye.
Aid olduğu kateqoriyalar
- Öskürək əleyhinə vasitələr
- Angina, faringit, laringit zamanı istifadə olunan vasitələr
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan vasitələr
- Bakterial xəstəliklər əleyhinə vasitələr
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?
![like](https://doktorm.az/assets/img/reactions/like.png)
![dislike](https://doktorm.az/assets/img/reactions/dislike.png)
![love](https://doktorm.az/assets/img/reactions/love.png)
![funny](https://doktorm.az/assets/img/reactions/funny.png)
![angry](https://doktorm.az/assets/img/reactions/angry.png)
![sad](https://doktorm.az/assets/img/reactions/sad.png)
![wow](https://doktorm.az/assets/img/reactions/wow.png)