Alında ağrını diqqətdən kənar qoymayın

Apr 17, 2025 - 09:09
 0
Alında ağrını diqqətdən kənar qoymayın
Alında ağrını diqqətdən kənar qoymayın

"Alında qəfil və şiddətli ağrı beyin anevrizminin əlaməti ola bilər".

Doktorm.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı nevropatoloq Qalina Çudinskaya xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, anevrizm, yəni beyin damar divarının zəifləyib qabarması həyatda yaşana biləcək ən şiddətli baş ağrılarından biri kimi özünü göstərə bilər. Bu ağrı bir neçə dəqiqə ərzində pik həddə çatır və çox vaxt dözülməz olur.

"Ağrı nəbzvari xarakter daşıyır və xüsusilə alın nahiyəsini qidalandıran damarlar zədələnibsə, məhz alında hiss olunur", - deyə nevropatoloq izah edib.

Ağrı ilə yanaşı aşağıdakı əlamətlər də müşahidə oluna bilər:

Görmə pozuntuları (ikili görmə, görmənin itməsi);

Ürəkbulanma və qusma;

Ətraflarda keylik;

Bəzi hallarda qıcolmalar;

Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, təcili tibbi yardıma müraciət etmək həyati əhəmiyyət daşıyır.

Qalina Çudinskaya qeyd edib ki, alın ağrısı çox zaman yorğunluq və gərginlik nəticəsində yaranır.

"Əgər ağrı qəfil başlayır və dözülməz dərəcədə güclüdürsə, təhlükəli səbəbləri istisna etmək üçün mütləq həkimə müraciət edilməlidir. Erkən diaqnoz həyatı xilas edə bilər", - deyə o, sözlərini yekunlaşdırıb./oxu.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow