Alimlər oynaq xəstəliklərinin səbəbini tapdı

Jan 9, 2025 - 15:43
 0
Alimlər oynaq xəstəliklərinin səbəbini tapdı
Alimlər oynaq xəstəliklərinin səbəbini tapdı
Bütün dünyanı cənginə alan və artıq gəncləşən oynaq yeyilməsi və iltihabının səbəbi qidalanmadır.
Doktorm.az  xəbər verir ki, Avstraliya alimlərinin yeni tədqiqatı ilə bu fakt sübut olunub. Onlar heyvanları 16 həftəlik sadə karbohidratlar və doymuş yağlarla zəngin pəhrizə alışdırıb.
Daha sonra onların qığırdaq və oynaq birləşmələrində baş verən dəyişiklikləri izləyiblər.
Bu qidalanma maddələr mübadiləsini pozub, qığırdaq toxuması tükənib, bu da onları zədələnməyə həssas edib.
Doymuş yağ kimi siçanlara heyvan piyi, kərə yağı, palma yağı verilib.
Amma bu yağların heç də hamısı oynaqlar üçün zərərli deyil. Alimlər rasionda mal piyini kokos yağı ilə əvəz etdikdə, qığırdaq dağılması azalıb.
Əldə olunan məlumatlar göstərir ki, osteartrozun əsasında qeyri-düzgün zərərli qidalanma durur./medicina.az

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow