Buraxılış : Reseptsiz
İxtisas : Ağrıkəsici və iltihabəleyhinə
Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen
Təsiredici maddə: 1 q gelin tərkibində 12,5 mq deksketoprofen (18,5 mq deksketoprofen trometamol şəklində) vardır
Köməkçi maddələr: karbomer 980, propilenqlikol, polietilenqlikol (PEG 400), 96%-li etanol, natrium hidroksid məhlulu 18%, lavanda aromatizatoru, deionizəolunmuş su.
Rəngsiz, şəffaf homogen geldir.
Yerli istifadə üçünqeyri-steroid iltihabəleyhinə preparatlar.
ATC kodu: M02AA96
Farmakodinamikası
Deksketoprofen qeyri-steroid iltihabəleyhinə preparatdır.Ağrıkəsicivə qızdırmasalıcı təsir göstərir.Təsir mexanizmi siklooksigenazanıinhibə etməsi nəticəsində yaranan prostaqlandin sintezininazalması ilə əlaqədardır. Deksketoprofenin SOG-1 və SOG-2 aktivliyinə inhibəedici təsiri göstərilmişdir.
Ağrıkəsicitəsiri preparatın istifadəsindən 30 dəq sonra başlayır və 4-6 saat davam edir.
Farmakokinetikası
Sorulması
Deksketoprofeninyerli istifadə zamanı dərialtı absorbsiyası cüzi olur. Aşağı sistem biomənimsənilməsinə görə sistem təsiri gözlənilmir.
Paylanması
Deksketoprofen trometamolunyarımpaylanma dövrü 0,35 saatdır. Plazma zülalları ilə yüksək birləşmə dərəcəsi (99%) olan digər preparatlarda kimi deksketoprofeninorta paylanma həcmi 0,25 l/kq-dan aşağıdır.
Biotransformasiya
Deksketoprofen trometamoluntətbiqindən sonra sidikdə yalnız S-(+) enantiomer təyin olunur. Preparat orqanizmdə kumulyasiya olunmur.
Xaric olması
Deksketoprofen trometamolun yarım xaric olma dövrü 1,65 saat təşkil edir. Preparat əsasən böyrək vasitəsilə qlükuronlaşma yolu ilə əmələ gələn metabolitlər şəklində xaric olunur.
Oynaqlarda, vətərlərdə, bağlarda və əzələlərdəağrı və iltihab əlamətləriilə müşayiət olunantravmatik və degenerativ mənşəli vəziyyətlər.
Əks göstərişlər
Deksketoprofenə, ketoprofenə və ya preparatın tərkibindəkiköməkçi maddələrdən hər hansı birinəqarşı yüksək həssaslıq.
Anamnezdə aspirinin və digər qeyri-steroid iltihabəleyhinə preparatların istifadəsindən sonra müşahidə olunan astma, allergik rinit və ya övrə.
Anamnezdə tiaprofen turşusunun, fenofibratın və ya kosmetik vasitələrin istifadəsindən sonra müşahidə olunan astma.
Eksudativ dermatoz, ekzema, zədələnmə növündən asılı olmayaraq, gel dərinin hər hansı bir zədələnməsi, həmçinin selikli qişaya, gözə, anal və ya genital nahiyəyə istifadə edilməməlidir.
Uzun müddət yerli istifadə edilən dərman vasitələri yüksək həssaslığın və yerli qıcıqlanmanınəmələ gəlməsinə səbəb ola bilər. Geldən istifadə zamanı və müalicədən 2 həftə sonra fotosensibilizasiya və ya yüksəkhəssaslığın yaranması mümkün olduğundan, dəri günəş və ultrabənövşəyi şüalardan qorunmalıdır.
Gel açıq yara sahələrinə və ya daimi zədələnmiş dəriyə istifadə edilməməlidir.
Gel selikli qişaya, anal və ya genital nahiyəyəistifadə edilməməlidir.
Gelsıx geyim ilə və ya okklüziv sarğı altında istifadə olunmamalıdır.
Geli çəkdikdən sonra əllər yaxşıca yuyulmalıdır.
Aldegin gelin tərkibində propilenqlikol vardır ki, bu da dəri reaksiyalarının yaranmasına səbəb ola bilər.
Aldegin gelin istifadəsindən sonra dəri reaksiyaları qeyd olunarsa, müalicə dərhal dayandırılmalıdır.
Deksketoprofenqan dövranınaəhəmiyyətsiz dərəcədə keçdiyindən digər dərman vasitələri və maddələri ilə qarşılıqlı təsiri nadir hallarda müşahidə olunur.
Əlavə təsirlərin yaranma ehtimalı artdığından deksketoprofen digər qeyri-steroid iltihabəleyhinə preparatlarla birlikdə istifadə olunmamalıdır.
Qeyri-steroid iltihabəleyhinə preparatların toksik effektlərinin yaranması mümkün olduğundan, hamiləlik dövründə Aldegin™gelin istifadəsi tövsiyə olunmur.
Deksketoprofenin ana südünə keçib-keçməməsi haqqında məlumat yoxdur. Buna görə laktasiya dövründə Aldegin™gelin istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.
Aldegin gel gündə 2-3 dəfə ağrılı və iltihablaşmış sahənin üzərinə yaxılır.
Ümumi gündəlik doza 7,5 mq-dan (təqribən 14 sm gelə müvafiqdir) çox olmamalıdır.
Müalicə müddəti 7 gündən çox olmamalıdır.
Aldegin gel yerli istifadə olunur. Tam sorulmasını təmin etmək üçün gel nazik qatla çəkilir. Gözlərə və selikli qişalara düşməsindən çəkinmək lazımdır.
Xüsusi qrup xəstələrə dair əlavə məlumat
Böyrək/Qaraciyərçatışmazlığı
Preparatın gelformasının sistem təsirlərinin minimal olmasına baxmayaraq QSİƏP-lərin sistem təsirləri dəridən sorulmasından, tətbiq edilən gelin miqdarından, sahənin səthindən, dərinin bütövlüyünün dərəcəsindən, müalicə müddətindən və okklüziv sarğıların (həzm sisteminə və böyrəklərə təsir göstərir) istifadəsindən asılıdır.Buna görə ağır böyrək və ya qaraciyərçatışmazlığıolan xəstələrdə ehtiyatla istifadə olunmalıdır.
Pediatrik xəstələr
6 yaşdan kiçik olan uşaqlarda gelin istifadəsi tövsiyə olunmur.
Yaşlı xəstələr
Yaşlı xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Gelin tətbiq olunan sahəsində yerli dəri reaksiyaların yaranması haqqında bildirilmişdir. Eritema, qaşınma və fotosensibilizasiya müşahidə olunur.
Əlavə təsirlərin rastgəlmə tezliyi: çox tez-tez(≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlumolmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).
- Dəri və dərialtı piy toxumasına
- nadir:dermatit (eritema, qaşınma, iltihab);
- çox nadir:sistem hiperhəssaslıq reaksiyaları (övrə, bronxospazm);
- məlumolmayan tezlikdə:fotosensibilizasiya reaksiyaları (eritema, iltihab və bəzi hallarda qovuqcuqların əmələ gəlməsi).
- Şübhəli əlavə reaksiyalar haqqında məlumatın verilməsi
- Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında həkimə məlumatın verilməsi vacibdir. Belə məlumatlar dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam etdirilməsinə imkan verir.
Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.
Aldegin gelin yerli istifadəsi zamanı doza həddinin aşılması halları müşahidə olunmamışdır. Təsadüfən daxilə qəbul olunduqdaudulan miqdardan asılı olaraq sistem təsirləri yarana bilər. Belə hallarda mədə yuyulmalı, dəstəkləyici və simptomatik müalicə aparılmalıdır. Deksketoprofen trometamol dializ vasitəsilə orqanizmdən xaric oluna bilər.
Aldegin xaricə istifadə üçün 60 q 1,25%-li gel, tubda. 1 tub içlik vərəqə ilə birlikdəkarton qutuya qablaşdırılır.
25 °C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə və öz qutusunda saxlamaq lazıımdır.
Reseptsiz buraxılır.
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Hamısına bax
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
Deva Holding A. Ş.
Halkalı Merkez Mah. Basın Ekspres Cad. №1
Küçükçekmece/İstanbul/Türkiyə
Deva Holding A.Ş.
Çerkezköy Organize Sanayi Bölgesi
Karaağaç Mah., Atatürk Cad. № 32
Kapaklı/Tekirdağ/Türkiyə