Alaqanqal yağı faydaları nələrdir?
Alaqanqal yağı haqqında məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz.

Alaqanqal yağı haqqında məlumat
Alaqanqal yağı qiyməti
Alaqanqal yağı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Alaqanqal yağı qiyməti 7 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Alaqanqal qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Karotinoidlər, E, D, K və B qrupu vitaminləri, makro- və mikroelementlər (Se, Zn, Fe, K, Ca), flavoliqnanlar (silibin, silidianin, silimarin).
Farmakoloji təsiri:
- Güclü hepatoprotektor təsirə malik olan flavoliqnanlar qaraciyərin funksional vəziyyətinə müsbət təsir göstərir, hepatositlərin membranını möhkəmləndirir, alkoqol və toksiki maddələrin təsirindən zədələnmiş hepatositlərin regenerasiyasını sürətləndirir, qaraciyərdə iltihabi proseslərin qarşısını alır, öd hasilatını artırır, qaraciyərin detoksikasion funksiyasını stimulyasiya edir.
- Omeqa-6 və omeqa-9 turşuları pozulmuş lipid mübadiləsini və hormonal balansı tənzimləyir, immuniteti möhkəmləndirir və orqanizmi zərərli maddələrdən və toksinlərdən təmizləyir.
- Antibakterial təsir göstərir, dərinin regenerasiya və epitelizasiyasını sürətləndirir, qaraciyər xəstəliklərində müşahidə olunan dəri əlamətlərinin (“damar ulduzcuqları”, quruma, qabıqlanma) qarşısını alır, saç və dırnaqların möhkəmlənməsini və bərpasını təmin edir.
- Tərkibində Zn, Mn və Se sayəsində mədəaltı vəzin insulin istehsalını artırır.
İstifadəsinə göstəriş:
- Qaraciyərin piy distrofiyası, hepatit, qaraciyər sirrozu, qaraciyərin müxtəlif toksiki maddələrin (alkoqol, təbii və sintetik zəhərlər, ağır metal duzları, dərman preparatları) təsirindən zədələnməsi, öd yollarının diskineziyası, xolangit, öd daşı xəstəliyi
- Qastrit, kolit və enterokolit, mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, qəbizlik və hemorroyun kompleks müalicəsi
- Ateroskleroz, hipertoniya, ÜİX, venaların varikoz genişlənməsi, piylənmə, infarkt və insultların kompleks müalicəsi və profilaktikası
- Uşaqlıq boynunun eroziyası, kolpit, endoservisit, atrofik vaginitin kompleks terapiyası
- Stomatit, gingivit, parodontit, atrofik rinitin kompleks terapiyası
- Göz xəstəliklərinin müalicə və profilaktikası
- Anemiyanın kompleks müalicəsi və profilaktikası
- Ağır xəstəliklər və ya əməliyyatlardan sonrakı reabilitasiya dövrü, onkoloji xəstəliklərin profilaktikası
- Şəkərli diabet
İstifadə və qaydası:
Yağ daxilə qəbul və applikasiya şəklində tətbiq edilir. Gündə 2-3 dəfə 1 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Mədə xorası zamanı isə gündə 3 dəfə 1 desert qaşığı daxilə qəbul edilir. Yağın minimal qəbul müddəti 1-2 aydır. Müalicə kursu ildə 3 dəfə təkrarlanmalıdır. Uşaqlıq yolu xəstəliklərində tampon şəklində tətbiq olunur.
Alaqanqal yağının faydaları:
- Qeyri-düzgün qidalanma,
- Fiziki aktivliyin az olması,
- Qeyri-sağlam həyat tərzi,
- Normadan artıq çəki,
- Alkoqollu içkilərin qəbulu,stress və s.
kimi faktorlar tədricən qaraciyərin piy distrofiyası adlanan xəstəliyə gətirib çıxarır. Əgər mübadilə prosesi ləngiyirsə, qanda toplanmış qlükoza lazımı miqdarda qaraciyər hüceyrələrinə daşına bilmir. Hepatositlərin (qaraciyər hüceyrələri) hüceyrə membranı aralanır və daxilinə yağ molekulları toplanır. Bu proses qaraciyər piylənməsi adlanır. Ləkəli alaqanqal tərkibi bir çox faydalı maddələrlə zəngin məşhur qaraciyərqoruyucu bitkidir. Silimarin qrupundan olan flavonoidlər sayəsində ləkəli alaqanqal qaraciyər toxumasının zədələnməsi, qaraciyərin piy distrofiyası zamanı məhv olmuş qaraciyər hüceyrələrini yeniləri ilə əvəz edir.
Alaqanqal yağı nə üçündür?
Bitkinin tərkibindəki essensial fosfolipidlər mübadilə pozğunluğu nəticəsində əmələ gələn zərərli maddələrlə birləşərək onları bədəndən xaric edir, hüceyrələrin membranını möhkəmləndirir. Ləkəli alaqanqal bitkisi tərkibindəki vitaminlər (D, E, B və s.) aminturşular sayəsində antioksidant effekt göstərərək orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyur, onkoloji xəstəliklərin əmələgəlmə riskini azaldır. Xlorofillə zəngin olduğu üçün orqanizm hüceyrələrini yeniləyir, cavanlaşdırıcı effekt verir. Faydaları saymaqla bitməyən ləkəli alaqanqal yağını həm profilaktik, həm də qaraciyərin piy distrofiyası zamanı istifadə edin, bu bitkinin yaratdığı möcüzələrə özünüz şahid olun!
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






