Afobazol tabletkası nə üçündür? istifadə qaydası, faydaları, qiyməti
Afobazol tabletkası nə üçündür? istifadə qaydası, faydaları, qiyməti - Afobazol tabletkası yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında, nikotin asılılığı zamanı, alkoqol asılılığı zamanı istifadə olunan preparatdır.
![Afobazol tabletkası nə üçündür? istifadə qaydası, faydaları, qiyməti](https://doktorm.az/uploads/images/202407/image_870x_66a7373fbc7cf.webp)
Afobazol tabletkası haqqında məlumat
- Afobazol tabletkası qiyməti
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Afobazol tabletkası nə üçündür?
Afobazol tabletkası qiyməti
Afobazol tabletkası qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Afobazol tabletkası qiyməti 12 azn - 14 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Afobazol qiyməti -ni öyrənərək əldə edəsiniz.
Beynəlxalq patentləşdirilməmmiş adı: Fabomotizol
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq fabomotizol (fabomotizol dihidroxlorid şəklində) vardır.
Köməkçi maddələr. kartof nişastası, mikrokristallik sellüloza, laktoza monohidrat, povidon (orta molekullu tibbi polivinilpirrolidon, kollidon 25), maqnezium stearat.
Təsviri
Ağ ve krem çalarlı ağ rəngli, yastı, silindirik formalı, kənarları kəsik tabletlərdir.
Farmakoterapevtik qrupu
Anksiolitik dərman vasitəsi (trankvilizator).
ATC Kodu: N05BX.
Farmakodinamikası
Farmakoloji xüsusiyyətləri
Afobazol-benzodiazepin qrupuna daxil olmayan selektiv anksiolitikdir.
Baş beynin sinir hüceyrələrində siqma-1 reseptorlara tesir göstərməklə Afobazol QAYT/benzodiazepin reseptorlarını stabilləşdirir və onların tormozlayıcı endogen mediatorlarına qarşı həssaslığını bərpa edir. Afobazol həmçinin sinir hüceyrələrinin bioenergetik potensialını yüksəldir ve neyroprotektor təsir göstərir: onları bərpa edir və zədələnmələrdən qoruyur.
Preparatın təsiri özünü əsasən anksiolitik (həyəcana qarşı) ve yüngül stimullaşdırıcı (aktivləşdirici) effektlərinin birlikdə meydana çıxması şəklində göstərir. Afobazol həyəcan hissini (qayğılı vəziyyət, pis hadisələrin baş verəcəyi hissiyyatı, qorxu), gərginliyi (qorxaqlıq, ağlağanlıq, narahatlıq hissi, gerginlikdən azadolma qabiliyyətinin olmaması, yuxusuzluq, qorxu), depressiv əhval-ruhiyyə, həyəcanın somatik təzahürlərini (əzələ, sensor, ürək-damar, tənəffüs, mədə-bağırsaq simptomları), vegetativ pozğunluqları (ağızda quruluq, tər ifrazının artması, başgicəllənmə), koqnitiv pozğunluqları (diqqətin toplanmasında çətinliklər, zəifləmiş yaddaş), o cümlədən, stress vəziyyətlərində bas veren halları (adaptasiya pozğunluğu) azaldır və ya aradan qaldırır. Xüsusilə preparatın həyəcanlı həssaslıq, inamsızlıq, tez incimə və emosional labillik, emosional stress reaksiyalara meyillik şəklində astenik fərdi xüsusiyyətləri olan şəxslərə istifadəsi göstərişdir.
Preparatın təsiri müalicənin 5-7-ci günləri inkişaf edir. Maksimal effekt 4-cü həftənin sonuna yaranır və müalicə qurtardıqdan sonra orta hesabla 1-2 həftə saxlanılır.
Afobazol əzələ zəifliyi, yuxuya meyillilik törətmir ve diqqetin toplanmasına və yaddaşa mənfi təsir göstərmir. Onun istifadəsi zamanı dərmandan asılılıq yaranmır və "ləğvetmə" sindromu inkişaf etmir.
Farmakokinetikası
Peroral qəbuldan sonra Afobazol mədə-bağırsaq traktından yaxşı və sürətlə sorulur. Preparatin plazmada maksimal konsentrasiyası (Cmax) 0,130±0,073 mkq/ml; maksimal konsentrasiyanın yaranma vaxtı (Tx)-0,8510,13 s.
Metabolizmi: AfobazolR qaraciyərdən "ilk keçid effektinə" məruz qalır, metabolizminin əsas istiqamətləri benzimidazol siklinin aromatik həlqəsi üzrə hidroksilləşmə və morfolin fraqmentinin oksidləşməsidir.
AfobazolR damarlarla yaxşı təchiz olunmuş orqanlara intensiv paylanır, onun üçün mərkəzi menbeden (qan plazmasından) periferik mənbələrə (qan damarları ilə güclü təchiz olunmuş orqan ve toxumalar) keçmə xarakterikdir.
Daxile qebul zamanı Afobazola -un yarımxaricolma dövrü 0,82+0,54 saat təşkil edir. Yarımxaricolma dövrünün qısa olması preparatın intensiv biotransformasiyası və qan plazmasından orqan və toxumalara sürətlə paylanması ilə bağlıdır. Preparat əsasən metabolitlər şəklində və qismən dəyişilməmiş şəkildə sidiklə və nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
Afobazol böyüklərdə həyəcanlı vəziyyətlerdə: generalizəolunmuş həyəcan pozğunluqlarında, nevrasteniyada, adaptasiya pozğunluqlarında, müxtelif somatik xestelikleri olan xestelerde (bronxial astma, qıcıqlanmış bağırsaq sindromu, sistemli qırmızı qurdeşənəyi, ürəyin işemik xəstəliyi, hipertoniya xəstəliyi, aritmiyalar), dermatoloji, onkoloji və s. xəstəliklərdə istifadə olunur. Həyəcanla bağlı yuxu pozğunluğunun, neyrosirkulyator distoniyanın, predmenstrual sindromun alkoqol abstinent sindromunun müalicəsi zamanı, siqaretdən imtina zamanı "ləğvetmə sindromunu yüngülləşdirmək üçün.
Əks göstərişlər
Preparata qarşı fərdi dözümsüzlük. Qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası. Hamiləlik və laktasiya dövrü. 18 yaşa qədər uşaq yaş dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Afobazol etanol ilə qarşılıqlı təsirdə olmur ve tiopentalın hipnotik effektine tesir göstermir. Karbamazepinin qıcolma əleyhinə təsirini gücləndirir. Diazepamın anksiolitik təsirini gücləndirir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə Afobazol preparatının qəbulu əks-göstərişdir. Laktasiya dövründə preparatın qəbuluna zərurət olarsa döşlə əmizdirilmə dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idareetme qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrinin idarə olunmasına və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb eden potensial təhlükəli fəaliyyət növlərinin həyata keçirilməsinə mənfi təsir göstərmir.
İstifadə qaydası və dozası
Yeməkden sonra daxilə qəbul edilir.
Optimal birdəfəlik doza - 10 mq; gündəlik-30 mq (gün ərzində 3 qəbula bölünərək qəbul edilir). Preparatın müalicə kursunun müddəti 2-4 həftə təşkil edir.
Lazım gələrsə, həkimin tövsiyəsinə əsasən preparatın gündəlik dozası 60 mq-a qədər, müalicə müddəti isə 3 aya qədər artırıla bilər.
Allergik reaksiyalar mümkündür.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür.
Nadir hallarda baş ağrısı baş vere biler, o, adətən, öz-özünə keçir və preparatın ləğvini tələb etmir.
Doza həddinin aşılması
Doza həddinin əhəmiyyətli dərəcədə aşılması və intoksikasiya zamanı sedativ təsirin inkişafı və miorelaksasiya baş vermədən yuxuyameyilliyin artması mümkündür. Təxirəsalınmaz tədbir kimi, gündə 2-3 dəfə 1 ml 20%-li kofein məhlulu yeridilir.
Buraxılış forması
Tabletler 10 mq.
10 tablet konturlu-yuvalı qablaşdırmada. 3, 5 və ya 10 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
20 tablet konturlu-yuvalı qablaşdırmada. 1, 2, 3, 4 və ya 6 kontturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırıır.
25 tablet konturlu-yuvalı qablaşdırmada. 2 ve ya 4 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
30 tablet konturlu qablaşdırmada. 1, 2, 3 ve ya 4 konturlu qablaşdırma içlik verə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
"Farmstandart-Leksredstva" ASC.
305022, Rusiya, Kursk ş., 2-ci Aqreqat küç., ev.1a/18.
Tel./faks: (4712) 34-03-13.
www.pharmstd.ru
Qeydiyyat vesiqenin sahibi /istehlakçıların iddiaları qəbul edən təşkilat "Otisifarm" SC, Rusiya Federasiyası.
123112, Moskva şəh., Testovskaya küç., ev. 10, mərtəbə 12, otaq 29
Tel.: +7 (800) 775-98-19
Faks: +7 (495) 221-18-02.
Afobazol tabletkası nə üçündür?
- Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
- Sinir oyanıqlığında istifadə olunan dərmanlar
- Neyrosirkulyator distoniya (NSD)
- Nikotin asılılığı zamanı istifadə olunan dərmanlar
- Qan dövranının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aritmiya zamanı istifadə olunan dərmanlar
- Alkoqol asılılığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?
![like](https://doktorm.az/assets/img/reactions/like.png)
![dislike](https://doktorm.az/assets/img/reactions/dislike.png)
![love](https://doktorm.az/assets/img/reactions/love.png)
![funny](https://doktorm.az/assets/img/reactions/funny.png)
![angry](https://doktorm.az/assets/img/reactions/angry.png)
![sad](https://doktorm.az/assets/img/reactions/sad.png)
![wow](https://doktorm.az/assets/img/reactions/wow.png)