Acurex sirop

Acurex sirop bəlğəmgətirici və bronx sekresiyasını artırmaq üçün qidanı bioloji fəal maddələrlə zənginləşdirən BFMQƏ-dir.

Jul 6, 2024 - 13:20
Jul 6, 2024 - 13:30
 0
Acurex sirop
Acurex sirop
Acurex sirop haqqında məlumat

Acurex sirop tərkibi

5 ml şərbətin tərkibinə daxildir:
Təsiredici maddələr
  • Dərman gülxətmi (Althaea officinalis) kökünün qatı ekstraktı – 1 ml
  • Böyük bağayarpağının (Plantago major) yarpağının duru ekstraktı – 0,5 ml
  • Əməköməci (Malva sylvestris) çiçək və yarpaqlarının duru ekstraktı – 0,5 ml
  • Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 0,5 ml
  • Adi qaraqınıq (Origanum vulgare) otunun duru ekstraktı – 0,5 ml
  • Vitamin C (Askorbin turşusu) – 20 mq
Köməkçi maddələr
  • Saxaroza (Saccharosum), Adi moruğun qatı şirəsi (Raspberry soft juice), Natrium benzoat
  • (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu
  • (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Təmizlənmiş su (Purified water).

Acurex sirop nə üçündür?

Acurex - Bəlğəmgətirici və bronx sekresiyasını artırmaq üçün qidanı bioloji fəal maddələrlə zənginləşdirən BFMQƏ-dir.

Əks göstərişlər

Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
4 yaşına qədər uşaqlar.

Acurex sirop istifadə qaydası və dozası:

4-7 yaş uşaqlar: 5 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
8 -14 yaş uşaqlar: 10 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
15 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!

Əlavə təsirləri

Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda
həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!

Buraxılış forması

Şüşə flakonda, şərbət formasında 120 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti

3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz.

Acurex sirop qiyməti

Acurex sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Acurex sirop qiyməti -ni öyrənərək əldə edəsiniz.

Sifarişçi: 

Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.

İstehsalçı

“Bəyaz Flora” MMC. Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
TŞ AZ 2004978631.001-2020
Aid olduğu kateqoriyalar
  1. Öskürək əleyhinə vasitələr
  2. Bəlğəmgətirici vasitələr

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow