Varikosan gel nə üçündür? istifadə qaydası necədir?

Varikosan gel - Tromboflebit zamanı, venaların varikoz genişlənməsi zamanı istifadə olunan preparatdır.

Sep 6, 2024 - 17:25
 0
Varikosan gel nə üçündür? istifadə qaydası necədir?
Varikosan gel

Varikosan gel haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Varikosan gel qiyməti

Varikosan qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Varikosan gel qiyməti 19 azn - 22 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Varikosan krem qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

  • At şabalıdı ekstraktı (Aesculus Hippocastanum)
  • Dərman xəşənbülü ekstraktı (Melilotus officinalis)
  • Virciniya hammamelisi ekstraktı (Hamamelis virginiana leaf extract)
  • Gülümbahar ekstraktı (Calendula Officinalis flower extract)
  • Pantenol ( Pantothenic acid)

Köməkçi maddələr: su,qliserin,polisorbat 20, denatur,spirt,karbomer,mentol,etilheksilgliserin,fenoksietanol,trietanolamin.

Farmakoloji xüsusiyyətləri:

At şabalıdı (Aesculus Hippocastanum) ekstraktı triterpen saponinlər və escin maddəsi ilə zəngindir. Ekstrakt angioprotektiv,iltihabəleyhinə və  yüngül analgetik təsirlərə malikdir. Farmakoloji təsiri lizosomal enzimlərin konsentrasiyasını azaltmaqla əlaqədar  olub mukopolisaxaridlərin kapillyar divarında parçalanmasını azaldır , damar divarının keçiriciliyini azaldaraq  aşağı molekulyar proteinlərin, mayenin və elektolitlərin filtrasiyasının qarışını alır.

Dərman xəşənbülü(Melilotus officinalis)  ekstraktının tərkibində olan melilotin və kumarin (dikumarol) damar divarının keçiriciliyini azaldır  və aşağı molekulyar ağırlıqlı zülalların ,elektrolitlərin və mayenin hüceyrəarası filtrasiyasının qarşısını alır . İltihab  prosesini azaldır , venoz axınını  normallaşdırır və toxumaların maddələr mübadiləsini təmin edir. Kumarin antikoaqulyant və yüngül  fibrinolitik təsirlərə malikdir.

Virciniya hammamelisi ekstraktı (Hamamelis virginiana leaf extract) – flavanoid və taninlərlə

( hammamelitonin və proantasianid) zəngindir. Antioksidant ,iltihabəleyhinə və bürüyücü təsirlərə malikdir. İltihabəleyhinə təsiri  bir sıra iltihab mediatorlarını inhibə etməsi ilə əlaqədardır.

Gülümbahar ekstraktı (Calendula) – tərkibi karotin, kumarin, fitonsidlər, kalendulozid, efir yağları, molibden, selen və sinklə zəngindir. Zəngin tərkibi hesabına Kalendula güclü iltihab əleyhinə təsirə malik olduğundan, istər yumşaq toxumalarda, istərsə də selikli qişada tez bir zamanda iltihabi prosesi aradan qaldırır. Tərkibində olan fitonsidlər antibakterial təsir göstərir, kalendulozid zədələnmiş nahiyənin regenerasiyasını təmin edir.

Pantenol (Pantothenic acid) – pantoten turşusunun (vitamin B5) törəməsi olub, dəri və selikli qişanın regenerasiyasını sürətləndirir,  kollagen liflərin davamlılığını artırır və  iltihab əleyhinə təsir göstərir.

Varikosan damar divarlarının tonusunu artırır və onların yüksəlmiş keçiriciliyini azaldır. Venaətrafı toxumalara iltihab əleyhinə təsir göstərir. Beləliklə, ödəmi aradan qaldırır, venoz çatışmazlığı nəticəsində baş verən müxtəlif ağrılı dəyişikliklər zamanı damarların qidalanmasını yaxşılaşdırır.

İstifadəsinə göstərişləri:

  • Aşağı ətrafların xroniki venoz çatışmazlığı (varikoz genişlənmələr, tromboflebit)
  • Aşağı ətraflarda ağırlıq, ağrılar, gecə qıcolmaları, trofik pozğunluq
  • Aşağı ətrafların kəskin venoz çatışmazlığı zamanı aparılan cərrahi əməliyyatdan sonrakı dövrdə
  • Hamilələrdə aşağı ətrafların venoz çatışmazlığı
  • Varikosel
  • Diabetik mikroangiopatiya

İstifadə qaydası:

Varikosan geli patoloji nahiyəyə gündə 2-3 dəfə çəkməli . Daban nahiyəsindən ürək istiqamətində (yəni aşağıdan yuxarı) ən azı 10 dəqiqə yumşaq bir şəkildə masaj edərək çəkilməsi tövsiyə olunur.

Qeyd :

Dərman vasitəsi deyil. Tibbi vasitədir. Uşaqların əli çatmayan yerdə saxlayın.

Əks göstərişlər: 

Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.

Buraxılış forması: 

Gel, 100 ml

İstehsalçı: 

Dr.Müller Pharma, Çexiya

Azərbaycanda rəsmi distribütor: 

HealPro MMC

Varikosan gel nə üçündür?

  1. Venaların varikoz genişlənməsi zamanı istifadə olunan dərmanlar
  2. Tromboflebit zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow